Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə ilə tərəfdaşlığı gücləndirməkdə qərarlıyıq - İndoneziya

    12 Fevral 2025 14:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə ilə tərəfdaşlığı gücləndirməkdə qərarlıyıq - İndoneziya
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İndoneziya Prezidenti Prabowo Subianto Türkiyə ilə strateji tərəfdaşlığı gücləndirməkdə qətiyyətli olduqlarını bildirib.

    AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında Subianto iki ölkə arasındakı tarixi əlaqələrə diqqət çəkib və Osmanlı dövründən bəri Türkiyə ilə İndoneziyanın möhkəm bağlara sahib olduğunu vurğulayıb.

    Subianto səfərin diplomatik münasibətlərin 75-ci ildönümünə təsadüf etdiyini qeyd edərək, Türkiyə nümayəndə heyətinə təşəkkür edib. O, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının uğurla keçdiyini və əlaqələrin ən yüksək səviyyəyə çatdığını bildirib.

    İki ölkə arasında ticarət və iqtisadi sahədə müəyyən edilmiş hədəflərə çatmaq üçün qətiyyətli olduqlarını vurğulayan Subianto, Türkiyə ilə İndoneziyanın balanslı və qarşılıqlı faydalı əməkdaşlıq qurduğunu deyib. Müdafiə sənayesi sahəsində əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edərək, hərbi təhsil və kəşfiyyat sahəsində də əlaqələri gücləndirmək niyyətində olduqlarını bildirib.

    Sağlamlıq və istehsal sektorunda mühüm qərarların alındığını vurğulayan Subianto, Fələstin məsələsində əməkdaşlığın davam edəcəyini və iki dövlətli həll yolunun dəstəkləndiyini qeyd edib. Eyni zamanda, Türkiyə ilə İndoneziyanın Ukrayna və Suriya məsələlərində də ortaq mövqeyə malik olduğunu ifadə edib.

    Ərdoğanın səfərini məhsuldar və əhəmiyyətli hesab edən Subianto, bu görüşün iki ölkə arasındakı əməkdaşlığın gələcəyinə mühüm töhfə verəcəyinə inandığını bildirib. O, 2050-ci ilin İndoneziya-Türkiyə tərəfdaşlığının 100-cü ildönümünə hazırlıq baxımından mühüm bir mərhələ olduğunu vurğulayıb.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İndoneziya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

    1 Sentyabr 2026 14:03

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.