Bakı. AzerVoice:
Filyos limanını həm dəniz ticarəti, həm də daşıma üçün açacağıq.
AzerVoice-un məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Filyosda işlər tamamlanıb və liman istifadəyə verilib. Limanda çox güclü bir logistika işi görülüb və bu işlər davam etdirilir. Biz bir neçə həftə əvvəl energetika nazirimizlə birlikdə onun dəniz nəqliyyatına açılması ilə bağlı qərarlar verdik. Bu proyeksiyada Türkiyə neftinə buraxacağımız yeri aydınlaşdırdıq. Bəzi tədbirlər görmək lazımdır. Bəzi qazma işləri aparılmalıdır. İkiillik müddətdə bu limanın normal dəniz ticarəti və gəmiçilik üçün istifadə ediləcəyini hədəfləyirik",- deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu daha əvvəlkə çıxışlarında bildirib ki, Filyos limanı böyük tonajlı gəmilərə xidmət göstərə biləcək. Bu liman, illik 25 gəmi tutumlu 14 və 19 metr dərinlikdəki dokları ilə böyük tonajlı gəmilərə xidmət göstərə biləcək.
Aytac Süleymanova