ASELSAN, suya yaxın uçan raketlərə qarşı hazırlanmış GÖKSUR yaxın hava müdafiə sisteminin dikey atış versiyasının sınaqlarının uğurla tamamlandığını açıqlayıb. Şirkətdən verilən məlumata görə, GÖKSUR sistemi Türkiyə hərbi gəmilərinin “polad qalxanı” kimi qiymətləndirilir və xüsusilə səthə yaxın uçan gəmiəleyhinə və qanadlı raketlərə qarşı yüksək effektivlik nümayiş etdirir.
Türk Dövlətləri
Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç bildirib ki, TBMM Ədliyyə Komitəsində qəbul edilən 11-ci Məhkəmə Paketi ümumilikdə 12 müxtəlif qanunda dəyişiklik nəzərdə tutur və 38 maddədən ibarətdir. Nazir Tunç sosial media hesabında açıqlam verib. “Türk Cəza Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında” qanun təklifinin komitədə qəbul edildiyini xatırladıb və paketdə əhəmiyyətli hüquqi islahatların yer aldığını vurğulayıb.
Türkiyə Xarici İşlər naziri Hakan Fidan, Qətər Xarici İşlər Nazirliyinin ev sahibliyi edəcəyi 23-cü Doha Forumuna qatılmaq üçün Qətərə səfər edəcək. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Fidan 6-7 dekabr tarixlərində 23-cü Doha Forumunda iştirak edəcək. Nazir Fidanın forum çərçivəsində 6 dekabrda “Bölünmə Dövründə Vasitəçilik” başlıqlı açılış sessiyasında və “Yaxın Şərqdə Təhlükəsizlik Arxitekturasının Formalaşması və Azərbaycanın Bölgədə Sabitlik Yaratmağa Yönəlmiş Fəaliyyətləri” mövzusunda müsahibə formatlı “newsmaker” sessiyasında çıxış etməsi nəzərdə tutulur.
NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general-polkovnik Aleksus Qrinkeviç Türkiyənin Alyans üçün strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, təşkilatın ən bacarıqlı hərbi liderlərindən bəziləri məhz Türkiyə hərbiçiləridir.
Türkiyə enerji təhlükəsizliyini şaxələndirmək məqsədilə Rusiyadan qaz idxalına dair mövcud müqavilələri bir il müddətinə uzadıb və paralel olaraq ABŞ qaz hasilatı sektoruna sərmayə yatırmağı planlaşdırır. Bunu energetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərə açıqlamasında bildirib.
Baykar və ASELSAN tərəfindən milli imkanlarla inkişaf etdirilən qabaqcıl müdafiə texnologiyaları Aralıq dənizində həyata keçirilən kritik bir sınaqda bir daha özünü təsdiqlədi. “Mavi Vətən” konsepsiyası çərçivəsində Türkiyənin dənizdə birgə əməliyyat qabiliyyətini nümayiş etdirən test zamanı yüksək koordinasiya və dəqiqliklə icra edilmiş əməliyyat uğurla başa çatdı.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstanın bəzi rəsmiləri tərəfindən səsləndirilən gərginliyi artırıcı açıqlamalara münasibət bildirib. Açıqlama, Nazirlikdə keçirilən mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən verilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, qonşu ölkənin hərbi fəaliyyəti də daxil olmaqla, bölgədəki bütün inkişaflar diqqətlə və yaxından izlənilir. Nazirlik vurğulayıb ki, Egey dənizi də daxil olmaqla regionun sülh və sabitlik bölgəsi olması Türkiyənin əsas prioritetidir və bu istiqamətdə üzərinə düşən məsuliyyətləri yerinə yetirir.
2026-cı ildə Türkiyə NATO Zirvəsi, Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) və Türk Dövlətləri Təşkilatı (TDT) Zirvəsinə ev sahibliyi edəcək. Son illərdə həm regionda, həm də qlobal diplomatiya arenasında fəal rol oynayan Türkiyə, xüsusilə Rusiya-Ukrayna müharibəsi başda olmaqla bir sıra problemli bölgələrdə vasitəçilik təşəbbüsləri, humanitar diplomatiya addımları və çoxtərəfli əməkdaşlıq mexanizmlərindən səmərəli istifadə edir.
E.Akbarovun sözlərinə görə, Qazaxıstan ərazisində doqquz uran hövzəsi mövcuddur. Onların arasında ən böyük ehtiyatlara malik Şu–Sarısu və Sır-Dərya hövzələri əsasən hidrogeoloji yataqlar kimi qiymətləndirilir. Digər hövzələrdə isə sərt faydalı qazıntılar üstünlük təşkil edir. Hazırda Senatda “Yer təki və yer təki istifadəsi haqqında” Qazaxıstan Respublikasının Məcəlləsinə dəyişikliklər birinci oxunuşda müzakirə olunur. Təşəbbüs bu sahədə idarəetmənin təkmilləşdirilməsi, xüsusilə də karbohidrogenlər və uran üzrə yataqların səmərəli istifadəsinə yönəlib.
Naxçıvanda keçirilən forumda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO Xarici İşlər Nazirləri Toplantısından sonra jurnalistlərə açıqlama verərək Rusiya–Ukrayna danışıqları, Qara dənizdə gəmilərə hücumlar və Avropanın gələcək təhlükəsizlik arxitekturasına dair mühüm mesajlar səsləndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığı aparıb. Prezident Administrasiyasının məlumatına görə, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal prosesləri müzakirə ediblər.