Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin GÖKSUR hava müdafiə sistemi yeni test mərhələsini tamamlayıb

    5 Dekabr 2025 17:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin GÖKSUR hava müdafiə sistemi yeni test mərhələsini tamamlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    ASELSAN, suya yaxın uçan raketlərə qarşı hazırlanmış GÖKSUR yaxın hava müdafiə sisteminin dikey atış versiyasının sınaqlarının uğurla tamamlandığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, şirkətdən verilən məlumata görə, GÖKSUR sistemi Türkiyə hərbi gəmilərinin “polad qalxanı” kimi qiymətləndirilir və xüsusilə səthə yaxın uçan gəmiəleyhinə və qanadlı raketlərə qarşı yüksək effektivlik nümayiş etdirir.

    Sistem süni intellektlə təkmilləşdirilmiş inkişaf etmiş atəş idarəetmə mexanizminə sahibdir və bu xüsusiyyət dəniz platformalarının müdafiə qabiliyyətini xeyli artırır. GÖKSUR-un 360 dərəcə hədəfi məhv etmə imkanı, yeni nəsil infraqırmızı axtarıcı başlıqlı idarəolunan raketləri, çoxsaylı hədəflərə qarşı eyni anda angajman qabiliyyəti və modulyar quruluşu onun müxtəlif ölçülü dəniz platformalarına asanlıqla inteqrasiya edilməsinə şərait yaradır.

    ASELSAN bildirib ki, sistemin döyüş idarəetmə sisteminə inteqrasiya və ya müstəqil şəkildə işləyə bilməsi, uplink/downlink məlumat ötürücülü ara mərhələ idarəetməsi kimi xüsusiyyətlər GÖKSUR-u Türkiyənin “Mavi Vatan” müdafiə konsepsiyası üçün strateji əhəmiyyətli edir. Şirkət həmçinin bu sistemin modulyar quruluşu sayəsində fırkateyn və korvetlər də daxil olmaqla müxtəlif platformalara uyğunlaşdırılmasının yüksək ixrac potensialı yaratdığını vurğulayıb.

    #həri gəmi #ASELSAN GÖKSUR #Atəş idarəetmə sistemi #GÖKTAN və GÖKSUR texnologiyaları #ASELSAN 2025 #yaxın hava müdafiə sistemi #süni intellekt (AI) #yüksək effektivlik #ixrac potensialı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    KIZILELMA sınaqlardan uğurla keçib

    20 Fevral 2026 15:58

    ASELSAN Bakı-nın 28-ci ildönümü qeyd olunur

    11 Fevral 2026 13:32

    ASELSAN Konya müəssisələrində yeni nəsil SMASH sistemlərinin istehsalına başlanılıb

    23 Yanvar 2026 15:37

    ASELSAN 50 ildə qlobal müdafiə nəhənginə çevrildi: ixracda 1,7 dəfə artım

    9 Yanvar 2026 14:45

    ASELSAN-ın 8x8 KORKUT hava müdafiə sistemi atış sınaqlarını uğurla başa vurub

    6 Yanvar 2026 14:59

    ASELSAN 2025-ci ili 1 milyarddan çox xarici sifarişlə başa vurur

    24 Dekabr 2025 15:15

    ASELSAN NATO üzvü ölkə ilə 410 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb

    19 Dekabr 2025 15:55

    ASELSAN 26 milyon dollar dəyərində medikal görüntüləmə sistemi müqaviləsi imzalayıb

    17 Noyabr 2025 12:33

    ASELSAN xarici bazarlarda silah və rabitə sistemlərinin satışını artırır

    14 Noyabr 2025 11:52

    ASELSAN Borsa İstanbul-da 1 trilyon lirə dəyəri aşan ilk şirkət oldu

    25 Sentyabr 2025 15:58

    Türkiyə Silahlı Qüvvələrinin inventarı yeni müdafiə texnologiyaları ilə gücləndirilib

    11 Sentyabr 2025 15:15

    Oğul Bey bölgənin ən qabaqcıl texnologiya mərkəzlərindən biri olacaq - Türkiyə prezidenti

    8 Sentyabr 2025 20:52
    XƏBƏR LENTİ

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.