Türkiyədə istehlakçı hüquqları üzrə müraciətlər 2025-ci ildə rekord həddə çatıb. İstehlakçı Şikayətləri üzrə Komissiyalara edilən müraciətlərin sayı bir ildə 20 faiz artaraq 900 mini keçib. Ancaq artım təkcə sayda deyil — məzmun da xeyli fərqlidir.
Türk Dövlətləri
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya A.B.K. adlı mütəşəkkil cinayət qrupunun rəhbərlərindən biri olan Serdar Sertçelikin Macarıstandan Türkiyəyə gətirildiyini açıqlayıb. Qeyd olunub ki, Serdar Sertçelik barəsində cinayət törətmək məqsədilə yaradılmış dəstəyə üzv olmaq, qəsdən adam öldürmə, eləcə də digər cinayətləri gizlətmək və yaxud yaxalanmamaq üçün adam öldürmə maddələri ilə beynəlxalq axtarış “qırmızı bülleten” elan edilmişdi.
Türkiyə ABŞ–İran gərginliyinin artdığı bir mərhələdə diplomatik təşəbbüslərini intensivləşdirir. Prezident Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Abbas Ərakçini qəbul edib. Görüşün əsas müzakirə mövzusu ABŞ ilə İran arasında artan gərginlik və regionda yaranmış təhlükəsizlik riskləri olub. Məlumata görə, görüş zamanı tərəflər bölgədə sabitliyin qorunmasının vacibliyini vurğulayıb, gərginliyin hərbi üsullarla deyil, dialoq və diplomatiya yolu ilə aradan qaldırılmasının zəruriliyini qeyd ediblər. Türkiyənin ABŞ–İran münasibətlərində vasitəçilik təşəbbüslərinin davam etdiriləcəyi diqqətə çatdırılıb.
Türkiyə və İran xarici işlər nazirləri artan ABŞ–İran gərginliyi fonunda İstanbulda görüş keçiriblər.Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda görüşdən sonra keçirilən birgə mətbuat açıqlamasında İrana qarşı istənilən hərbi müdaxiləyə qarşı olduqlarını bəyan ediblər. Hakan Fidan İranın sabitliyinin həm Türkiyə, həm də region üçün mühüm olduğunu vurğulayaraq münaqişələrin hərbi yolla həllinin mümkün olmadığını, çıxış yolunun danışıqlar masası olduğunu bildirib.
Abdullah Öcalanla aparılan danışıqların stenoqramının dərc olunması və onun Türkiyənin rəhbərliyi ilə “Yaxın Şərq İttifaqı” yaratmaq təklifi, regionun təhlükəsizlik arxitekturasının yenidən qurulmasını necə əks etdirir, subdövlət aktorlarının konfiqurasiyasını necə dəyişir və Ankara, Bakı və regionun əsas dövlətləri üçün yeni strateji dilemma necə formalaşdırır?
Ankara İranla ABŞ arasında artan gərginliyin hərbi toqquşmaya çevrilməsinin qarşısını almaq məqsədilə diplomatik təşəbbüslərini genişləndirir. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Araqçi Ankaraya səfər edəcək. Səfər çərçivəsində onun türkiyəli həmkarı Hakan Fidanla görüşü planlaşdırılır. Görüşdə İran ətrafında yaranmış vəziyyət, ABŞ-dan səslənən hərbi təhdidlər və gərginliyin diplomatik yollarla aradan qaldırılması imkanları müzakirə olunacaq.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Bəşər Əsədin Moskvada olması yalnız humanitar səbəblərlə bağlıdır və onun Suriyanın daxili siyasi proseslərində heç bir rolu yoxdur.
Kocaeli vilayətinin Körfəz rayonunda yerləşən TÜPRAŞ-ın İzmit neft emalı zavodunda partlayış qeydə alınıb. İlkin məlumatlara əsasən, partlayış zavod ərazisində yerləşən benzin çənlərindən birində baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili müdaxilə briqadaları cəlb olunub. Məsələ ilə bağlı aparılan ilkin araşdırmalara görə, partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Təhlükəsizlik məqsədilə ərazi nəzarətə götürülüb, mütəxəssislər tərəfindən texniki baxış və qiymətləndirmə işləri davam etdirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilən danışıqlardan və ikitərəfli sənədlərin imzalanması mərasimindən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib. Dövlət başçısı Türkiyə–Özbəkistan münasibətlərinin son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İstanbulda gənclərlə keçirilən görüşdə iş fəaliyyəti barədə açıqlama verib. Bilal Ərdoğan İstanbulun Güngören rayonunda gənclərlə görüş zamanı ünvanlanan “nə işlə məşğulsunuz, gəlirinizi nədən əldə edirsiniz?” sualını cavablandıraraq bildirib ki, 2007-ci ildən etibarən ticarətlə məşğuldur və hazırda qida sektorunda fəaliyyət göstərir. Bilal Ərdoğan qeyd edib ki, ilk biznes fəaliyyətinə dostları ilə birlikdə başlayıb və Türkiyədə ilkin mərhələdə kosmetika sahəsində iş görüblər. Daha sonra, 2009-cu ildən etibarən restoran biznesinə keçid edilib və bu istiqamətdə fəaliyyət davam etdirilib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Esenboğa Hava Limanında Şavkat Mirziyoyevi Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barakı qəbul edib. Görüşdə Türkiyə–ABŞ münasibətləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirliyinin mənbələrinə görə, görüş Ankarada keçirilib və Suriya ilə bağlı mövcud proseslər də müzakirə mövzusu olub.