Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barakı qəbul edib. Görüşdə Türkiyə–ABŞ münasibətləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirliyinin mənbələrinə görə, görüş Ankarada keçirilib və Suriya ilə bağlı mövcud proseslər də müzakirə mövzusu olub.
Türk Dövlətləri
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi regional və ikitərəfli məsələləri müzakirə etmək məqsədilə sabah Türkiyəyə səfər edəcək. Görüşlər zamanı Türkiyə ilə İran arasında dərin tarixi bağlara əsaslanan əlaqələrin regional təhlükəsizlik, sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanacaq.
28 yanvar 2026-cı il tarixində Qazaxıstana rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Astana Beynəlxalq Universitetinin (AIU) prezidenti Serik İrsaliev, eləcə də Astana HUB və NITEC QSC (AO «НИТ») qurumlarının nümayəndələri arasında görüş keçirilib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Türkiyəyə yola düşüb. Rəsmi səfərin proqramına, həmçinin, bir sıra humanitar və mədəni tədbirlərdə iştirak da daxildir. Bu tədbirlərin iki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.
Türkiyədə kibercinayətkarlığa qarşı aparılan əməliyyatlar nəticəsində son 5 gün ərzində 200 şübhəli şəxs saxlanılıb, onlardan 65-i həbs edilib. Nazirin məlumatına görə, polis orqanları tərəfindən “xüsusi dələduzluq”, “onlayn uşaq pornoqrafiyası və cinsi istismar”, eləcə də “qanunsuz mərc və qumar” cinayətləri üzrə 19 şəhəri əhatə edən genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) iclası başa çatdıqdan sonra 9 maddədən ibarət rəsmi bəyanat yayılıb. Təxminən üç saat davam edən iclasda 2025-ci ildə milli təhlükəsizlik baxımından mühüm hadisələr təhlil edilib, 2026-cı il üçün görüləcək tədbirlər müzakirə olunub.
Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı İranla ABŞ arasında vasitəçilik təklif edib. Amerikalı rəsmi mənbələrin bildirdiyinə görə, hazırda İranla hər hansı ciddi və sistemli danışıqlar prosesi davam etmir.
Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində İran kəşfiyyat strukturları ilə əlaqədə şübhəli bilinən casus şəbəkəsi ifşa edilib. İstintaq materiallarına əsasən, saxlanılan şəxslərin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturları ilə birbaşa əlaqədə olduqları müəyyən edilib. Onların Türkiyə ərazisində yerləşən hərbi obyektlər, strateji əhəmiyyətli bölgələr, eləcə də ölkə hüdudlarından kənarda yerləşən kritik nöqtələr barədə məlumat topladıqları və bu informasiyaları İran kəşfiyyatına ötürdükləri aşkar olunub.
Türkmənistan ilə Türkiyə arasında ticarət-iqtisadi əməkdaşlıq sürətlə genişlənir və tərəflər qarşıdakı illərdə qarşılıqlı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. Diplomat qeyd edib ki, mövcud potensial nəzərə alınmaqla, yaxın gələcəkdə Türkmənistan ilə Türkiyə arasında ticarət həcmini 5 milyard ABŞ dollarına yüksəltmək mümkündür. Bu məqsədlə hər il Türkmənistanda təşkil olunan Türkiyə ixrac məhsullarının 12-ci sərgisinin 10-12 fevral tarixlərində Aşqabadda keçirilməsi planlaşdırılır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan ilə telefon danışığı aparıb. Telefon danışığı zamanı Suriyada baş verən son hadisələr, Qəzza üzrə sülh planının icrası və regionda mövcud olan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın hədəf alınmasının və yeni müharibənin başlanmasının yanlış olduğunu bildirib. Fidan qeyd edib ki, İran regional nizamda mühüm mövqe tuta bilər və bunun üçün mövcud potensialından düzgün istifadə etməlidir. O, iki ay əvvəl İranda rəsmi səfərdə olduğunu xatırladaraq, Tehran rəhbərliyinə regionda etimadın formalaşdırılmasının vacibliyini açıq şəkildə çatdırdığını deyib.
Türkiyə Daxili İşlər Nazirliyi beynəlxalq axtarışda olan cinayətkarların ölkəyə gətirilməsi istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirib. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarılan 13 nəfərin, eləcə də milli səviyyədə axtarışda olan 1 şəxsin Gürcüstan, Almaniya, Ermənistan, Xorvatiya və Monteneqrodan Türkiyəyə ekstradisiya edildiyini açıqlayıb.