Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Venesuelada ardıcıl iki güclü zəlzələ: fövqəladə vəziyyət elan edildi

    25 İyun 2026 09:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Venesuelada ardıcıl iki güclü zəlzələ: fövqəladə vəziyyət elan edildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Venesuelada 39 saniyə fasilə ilə baş verən 7,5 və 7,2 bal gücündə iki güclü zəlzələ ölkənin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olub. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, ilkin olaraq 7,1 bal gücündə olduğu bildirilən zəlzələ ilə bağlı sonradan yenilənmiş məlumatlar açıqlanıb.

    Tramp Venesueladakı zəlzələlərlə barədə - İlkin məlumatlar ürəkaçan deyil Tramp Venesueladakı zəlzələlərlə barədə - İlkin məlumatlar ürəkaçan deyil

    Qurumun yaydığı məlumata əsasən, ilk zəlzələ Yarakuay ştatının Yumare şəhərindən 23 kilometr cənub-şərqdə 7,5 bal gücündə qeydə alınıb. İkinci zəlzələ isə həmin ştatın San Felipe şəhərindən 24 kilometr şimal-şərqdə 7,2 bal gücündə baş verib. Zəlzələlərin ocağı Yumare bölgəsində 10 kilometr, San Felipe ətrafında isə 21,9 kilometr dərinlikdə yerləşib.

    Məlumata görə, iki güclü yeraltı təkan arasında cəmi 39 saniyə vaxt fərqi olub.

    Yerli mətbuatın yaydığı xəbərlərdə dağıntıların qeydə alındığı ərazilərə çoxsaylı axtarış-xilasetmə qruplarının göndərildiyi bildirilir. Eyni zamanda bəzi şəhərlərdə internet və rabitə infrastrukturunun sıradan çıxması səbəbindən insan itkisi və maddi zərərin dəqiq miqyasını müəyyənləşdirmək hələ mümkün olmayıb.

    Venesuelanın müvəqqəti dövlət başçısı Rodriqes paytaxt Karakasda keçirdiyi mətbuat konfransında ölkədə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

    O bildirib ki, böhranla mübarizə məqsədilə Baş Qərargahın nəzdində fəaliyyət göstərən bütün fövqəladə hallar mexanizmləri işə salınıb. Həmçinin Karakas yaxınlığında yerləşən Simon Bolivar Beynəlxalq Hava Limanı növbəti açıqlamaya qədər bağlanıb.

    Rodriqes qeyd edib ki, ardıcıl baş verən iki güclü zəlzələdən sonra indiyədək 20 afterşok qeydə alınıb.

    “Ardıcıl iki güclü zəlzələ baş verib və indiyədək 20 təkrar yeraltı təkan qeydə alınıb. Bu, çox ciddi nəticələr doğuran hadisədir. Karakasın müxtəlif rayonlarında binalar çöküb. Oxşar dağıntılar Miranda, La Quayra, Araqua, Karabobo və Falkon ştatlarında da müşahidə olunur. Konstitusiyaya uyğun olaraq ölkədə fövqəladə vəziyyət elan edirik”, – deyə o bildirib.

    Müvəqqəti dövlət başçısı əlavə edib ki, ölkədə bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb, zəruri olmayan işlər müvəqqəti olaraq məhdudlaşdırılıb və zədələnmiş tikililərin təcili texniki yoxlanışına başlanılıb.

    “Bizim əsas prioritetimiz insanların həyatını xilas etməkdir. Maddi itkilərin aradan qaldırılması məsələləri sonrakı mərhələdə müzakirə ediləcək. Hazırda milli həmrəyliyə ehtiyac var. İnsanların həyatını qorumaq üçün birlikdə hərəkət etməliyik”, – deyə Rodriqes vurğulayıb.

    O, ölən və yaralananların sayı barədə hələlik rəsmi məlumat verilmədiyini bildirib. Rodriqesin sözlərinə görə, zəlzələlərdən dərhal sonra bütün dövlət qurumları və mülki müdafiə sistemləri axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

    Rodriqes həmçinin Venesuelaya dəstək və yardım təklif edən ölkələrə təşəkkür edib.

    “Zəlzələlərdən sonra bizimlə əlaqə saxlayan və həmrəylik nümayiş etdirən bütün hökumətlərə təşəkkür edirəm. ABŞ, Panama, Qətər, Ekvador, Kolumbiya, Böyük Britaniya, Braziliya və Meksika rəhbərliklərinə minnətdarlığımı bildirirəm. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatına və çoxtərəfli maliyyə institutlarına təşəkkür edirəm”, – deyə o bildirib.

    Yerli media qurumlarının məlumatına görə, paytaxt Karakasdan təxminən 39 kilometr məsafədə yerləşən Simon Bolivar Beynəlxalq Hava Limanı infrastrukturunda yaranmış ciddi zədələr səbəbindən fəaliyyətini dayandırıb.

    Ölkənin daxili işlər naziri Diosdado Kabello da hadisə ilə bağlı açıqlama verərək zəlzələnin 7 baldan xeyli yüksək gücə malik olduğunu bildirib.

    Nazirin sözlərinə görə, yeraltı təkanlar Truxilyo, Yarakuay, Karabobo, Araqua, Miranda, Karakas və La Quayra bölgələrində çox güclü hiss olunub.

    Kabello paytaxt Karakasda bəzi binaların dağıldığını, həmçinin Mayketiya Beynəlxalq Hava Limanının tavan hissəsinin çökdüyünü və bütün reyslərin ləğv edildiyini açıqlayıb.

    Nazir vətəndaşları təkrar yeraltı təkanlar təhlükəsi səbəbindən yaşayış binalarına daxil olmamağa çağırıb.

    Zəlzələ nəticəsində yaralananların və həyatını itirənlərin sayı ilə bağlı isə hələlik rəsmi məlumat açıqlanmayıb. Axtarış-xilasetmə əməliyyatları ölkənin müxtəlif bölgələrində davam etdirilir.

    #Venesuela #7 #Venesuelada baş vermiş zəlzələ #5 və 7 #2 bal gücündə iki güclü zəlzələ Venesuela #Yarakuay ştatının Yumare şəhəri #Rodriqes
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

    15 Avqust 2026 22:26

    İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb

    15 Avqust 2026 14:53

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    31 İyul 2026 22:17

    Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

    11 İyul 2026 22:35

    ABŞ rəsmiləri Maria Korina Maçadonun Venesuelaya qayıdış planından narazıdır

    27 İyun 2026 20:19

    Venesuela zəlzələ bölgəsinə 1600 xarici xilasedici cəlb edib

    27 İyun 2026 19:41

    Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 589-a çatıb

    26 İyun 2026 17:50

    25 ölkədən minlərlə insan Venesuelaya gedir

    26 İyun 2026 15:37

    Kanada Venesuelaya humanitar yardım göndərəcəyini açıqlayıb

    25 İyun 2026 22:46

    Antonio Quterreş Venesuelaya BMT-nin dəstəyini vəd edib

    25 İyun 2026 22:29

    Edmundo Qonzales beynəlxalq ictimaiyyətə çağırış edib

    25 İyun 2026 22:01

    Venesuelada azı 250 bina dağılıb və ya ciddi zədələnib

    25 İyun 2026 21:53
    XƏBƏR LENTİ

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.