Türk Dövlətləri

Türkiyə Avrasiya, Ərəb və Afrika litosfer lövhələrinin qarşılıqlı təsir zonasında yerləşdiyi üçün yüksək seysmik risk daşıyan ölkələrdən sayılır. Ölkə daxilində Şimal Anadolu, Şərqi Anadolu və Qərbi Anadolu qırılma xətləri zəlzələ riskinin əsas mənbələri kimi göstərilir. Mütəxəssislər Türkiyə əhalisinin əhəmiyyətli hissəsinin aktiv qırılma zonalarına yaxın ərazilərdə yaşadığını bildirir və bu səbəbdən tikililərin zəlzələyə davamlılığının artırılmasını, xüsusilə şəhərlərin yenilənməsi layihələri çərçivəsində möhkəmləndirmə tədbirlərinin genişləndirilməsini vacib sayırlar.

6 fevral 2023-cü il tarixində Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ baş verib. Ədəbiyyata əsrin fəlakəti kimi daxil olan 6 fevral zəlzələsindən üç il keçir. Türkiyənin cənubunda 11 şəhər böyük bir sarsıntı yaşadı. 9 saat sonra 7,6 bal gücündə daha bir zəlzələ baş verib. 500 atom bombası gücündə zəlzələlər 120 min kvadrat kilometr ərazidə təsirli olub.

Somali Federal Hökumətinin Nazirlər Şurası 5 fevralda keçirilən iclasında Türkiyə ilə dənizçilik sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilə başda olmaqla, dəniz ticarətinə dair bir sıra mühüm saziş və konvensiyaları təsdiq edib. Baş nazir Həmzə Abdi Barrenin rəhbərliyi ilə baş tutan toplantıda ölkədə davam edən quraqlıq vəziyyəti, onun su və qida ehtiyatlarına təsiri barədə hesabatlar dinlənilib. Hökumət mövcud böhranın fəsadlarını azaltmaq üçün təxirəsalınmaz tədbirlər planı hazırlayıb. Bu çərçivədə təbii və insan amilli fəlakətlərə qarşı hazırlıq, qarşısının alınması və müdaxilə proseslərini vahid mərkəzdən tənzimləyən Milli Fəlakət və Risk İdarəetmə Fondunun yaradılması barədə qərar qəbul edilib.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11 fevral 2026-cı il tarixində Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutacaq. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, Ankara şəhərində keçiriləcək iclasda hər iki ölkənin müvafiq nazirləri də iştirak edəcək. Liderlərin rəhbərliyi ilə keçiriləcək görüşlərdə Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək.

KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi sahəsində əlaqələrin müsbət trayektoriya ilə inkişaf etdiyini bildirən Ərdoğan, xüsusilə pilotsuz uçuş aparatları sahəsində artıq bir çox müqavilələrin imzalandığını xatırladıb. KAAN layihəsinin isə sadəcə bir təyyarə deyil, Türkiyənin mühəndislik qabiliyyətinin və müstəqil müdafiə iradəsinin rəmzi olduğunu vurğulayıb.

Avropa İttifaqı (Aİ) Komissiyasının genişlənmə üzrə məsul üzvü Marta Kos sabah Türkiyəyə rəsmi səfər edəcək və Xarici İşlər naziri Hakan Fidan ilə görüşəcək. Görüşdə nazir Fidanın Aİ-yə tam üzvlüyün Türkiyə üçün strateji hədəf olaraq qaldığını vurğulaması və birliyin Türkiyəyə qarşı qərəzsiz, ədalətli yanaşma nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırması gözlənilir. Türkiyə tərəfi ikitərəfli münasibətlərdəki mövcud tıxacların aradan qaldırılması üçün qurumsal və çoxşaxəli əməkdaşlıq çərçivəsinin yaradılmasını tələb edəcək.

Amerika və İran arasındakı gərginliyin bölgəni yeni bir çatışmaya sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu net şəkildə ortaya qoyduq və bunu həmsöhbətlərimizə çatdırdıq. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Prezident Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşdüyünü, dərhal ertəsi gün isə İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar apardığını qeyd edib.

Türk Hava Qüvvələri 1911-ci ildə qurulduğu gündən bəri təyyarə ehtiyacını əsasən xarici ölkələr hesabına qarşılasa da, 2026-cı il bu asılılığın bitdiyi və milli layihələrin inventara daxil olduğu tarixi bir dönəm olacaq. KAAN, KIZILELMA və ANKA-3 kimi nəhəng layihələr Türkiyənin hava gücünü həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə daşıyır.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "futbolda mərc" və "danışılmış oyunlar" iddiaları ilə bağlı 5-i həbsdə olan 52 şübhəli barəsində ittihamnamə hazırlanıb. Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşıb. Hazırlanmış ittihamnamədə "Zonguldakspor Futbol Klubu AŞ" cinayətdən zərərçəkmiş tərəf, "Ankaraspor" və "Nazillispor" isə "maddi məsuliyyət daşıyan" tərəflər kimi yer alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə–Misir İş Forumunun bağlanış iclasında çıxış edib. Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə–Misir iqtisadi münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Misir Türkiyənin Afrikadakı ən böyük ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması əsas hədəf olaraq qalır. Prezident qeyd edib ki, mövcud göstəricilər bu hədəfdən geri qalsa da, tərəflərin iqtisadi potensialı daha böyük nəticələr əldə etməyə imkan verir.

4 fevral 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi cənab Ramil Həsən vəzifəyə təyinatından sonra ilk dəfə olaraq Türk Mədəniyyəti və İrsi Fondunun qonağı olub. Ziyarət çərçivəsində təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüş keçirilib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova görüş zamanı cənab Ramil Həsəni TÜRKPA-nın baş katibi vəzifəsinə təyin olunması münasibətilə səmimi-qəlbdən təbrik edib, TÜRKPA nümayəndə heyətini Fondda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Livan hərbi heyətini daşıyarkən Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin istintaqı ilə bağlı mühüm faktları açıqlayıb. Nazir qeyd edib ki, təyyarənin səs yazan cihazındakı (CVR) bütün məlumatlar uğurla oxunub və pilotların qəzadan əvvəlki son danışıqları tam şifrələnib. Araşdırmalar nəticəsində məlum olub ki, təyyarə hələ qəza çağırışı etməzdən əvvəl qüllə ilə mütəmadi əlaqədə olub və elektrik sistemində ciddi nasazlıqlar yaşandığını bildirib.