Türk Dövlətləri

Türkiyənin müxalif siyasətçilərindən Kemal Kılıçdaroğlu “prezidentə təhqir” ittihamı ilə 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Qeyd olunub ki, Kılıçdaroğlunun vəkili qərarı qəbul etmədiklərini bildirərək onu siyasi motivli qərar kimi qiymətləndirib və apellyasiya şikayəti verəcəklərini açıqlayıb. Bildirilib ki, təqsirləndirilən şəxs daha əvvəl verdiyi ifadələrə görə peşman olmadığını bəyan edib

Həsən Çələbi məhəlləsindəki Əhməd Qoyunçu Peşə və Texniki Anadolu Liseyinə daxil olan bir şagird odlu silahdan atəş açaraq qətliam törətməyə cəhd edib. İlkin məlumatlara görə, hadisə nəticəsində 13 şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumdan dərhal sonra bölgəyə çox sayda təcili tibbi yardım briqadası, polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsrailin regional siyasəti və gələcək hədəfləri ilə bağlı verdiyi bəyanatlar İsrailin rəqəmsal məkanında geniş əks-səda doğurub. Bir çox israilli aktivist və siyasi şərhçi Fidanın İsrail daxili siyasətini dərindən analiz etdiyini və Baş nazir Benyamin Netanyahu ilə İsrail dövlətini bir-birindən aydın şəkildə fərqləndirdiyini qeyd edib. Sosial şəbəkələrdə aparılan müzakirələrdə Fidanın "İsrail İrandan sonra Türkiyəni yeni düşmən elan etməyə çalışır" fikri ən çox müzakirə olunan mövzuya çevrilib.

Türkiyədə FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. Məlumata əsasən, saxlanılan şəxslərin Tıpta Uzmanlıq Sınavına hazırlıq adı altında təşkil olunan və təşkilatla əlaqəli olduğu iddia edilən düşərgələrdə iştirak etdikləri müəyyən olunub. Qeyd olunub ki, şübhəlilərdən 15-i dövlət xəstəxanalarında aktiv fəaliyyət göstərən həkimlərdir.

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşla bağlı yeni hüquqi proses başlayır. Yavaşın seçki mitinqləri zamanı bələdiyyə resurslarından istifadə etdiyi iddiaları ilə bağlı istintaq aparılmasına icazə verilib. Məlumata əsasən, araşdırma seçki kampaniyası dövründə dövlət və bələdiyyə imkanlarının qanunsuz istifadəsi ilə bağlı iddiaları əhatə edir.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər rəsmi səfər çərçivəsində Qətərə gedib. Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabından verilən məlumata görə, nazir Yaşar Gülər paytaxt Dohadakı qarşılanma mərasimindən sonra Qətər-Türk Birləşmiş Müştərək Qüvvələr Komandanlığına baş çəkib. Nazir hərbi hissədə yoxlamalar aparıb və bölmələrin fəaliyyəti ilə yaxından tanış olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında etdiyi paylaşımda CHP rəhbərliyini kəskin tənqid edib. Ərdoğan bildirib ki, CHP sədri həqiqətən millətə və qadınlara fayda vermək istəyirsə, nazirlik adları ilə uğraşmağı dayandırıb partiyasını "xərçəng hüceyrəsi kimi saran" korrupsiya, rüşvət və taciz skandalları ilə məşğul olmalıdır. Prezident qeyd edib ki, əgər CHP sədri yeni bir struktur qurmaq istəyirsə, təcili olaraq partiya daxilində "korrupsiyadan təmizlənmə şöbəsi" yaratmalıdır.

Antalyada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası 17-19 aprel tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumu çərçivəsində baş tutacaq. Məlumata əsasən, bu il forum “Gələcəyin formalaşdırılmasında qeyri-müəyyənliklərlə mübarizə” mövzusuna həsr olunub.