Bakı, AzerPress:
Qazaxıstanda qızılcadan iki uşaq vəfat edib.
AzerPress-in məlumatlına görə, bunu Qazaxıstan Respublikasının səhiyyə nazirinin müavini Ayjan Esmaqambetova ölkdə ölümlə nəticələnən qızılca halları barədə məlumat verərkən deyib.
O qeyd edib ki , ölüm halları Astanada və Şərqi Qazaxıstan vilayətində qeydə alınıb.
“Ölənlər bir yaşa qədər , yəni peyvənd yaşına çatmamış uşaqlardır. Uşaqlardan biri vaxtından əvvəl doğulduğu üçün çoxlu patologiyaları var idi, qızılca isə bu pataloji halları daha da gərginləşdirmişdi”-deyə o bildirib.
Məlumat üçün bildirək ki ,bu il noyabrın sonunda Qazaxıstanda qızılcaya yoluxan 30 uşaq ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Onlardan 15-i bir yaşa qədər olan uşaqlardır.Bundan əvvəl ölkədə qızılcada ölənlərin qeydə alınmamışdı.
Qazaxıstanda 2 min 375 uşaq qızılcaya yoluxub.