Bakı, AzerVoice:
Qırğızıstan və Çin enerji sahəsində əməkdaşlığı genişləndirir.
AzerVoice xəbər verir ki, bu barədə razılaşma Qırğızıstanın energetika naziri Taalaibek Ibraevin Çinin Qırğızıstandakı səfiri Du Deven ilə görüşü zamanı əldə edilib.
Məlumata əsasən, görüş zamanı Qırğızıstan Energetika Nazirliyi ilə Çin şirkətləri arasında əməkdaşlıq məsələləri, layihələrin həyata keçirilməsi istiqamətində addımlar və işlərin başlanmasına hazırlıq məsələləri müzakirə edilib. Tərəflər həmçinin yaşıl enerjinin inkişafı, investisiyaların cəlb edilməsi, günəş və külək elektrik stansiyalarının tikintisinin sürətləndirilməsi məsələlərini müzakirə ediblər.
İbraev ilk növbədə Qırğızıstanın elektrik enerjisi sənayesinin potensialı, iri layihələrdə investorlarla əməkdaşlıq, investorlar üçün dövlət qanunlarının sadələşdirilməsi barədə məlumat verib.
Eyni zamanda, nazir iki ölkənin enerji sektorunda birgə fəaliyyət göstərən bəzi Çin şirkətlərinin adını çəkərək, onlarla əməkdaşlığa və enerji sektorunu inkişaf etdirməyə hər zaman hazır olduğunu vurğulayıb.
Çin səfiri iki ölkə arasında dostluğu vurğulayaraq əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac olduğunu bildirib.