#Tramp və Putin münasibətləri

“Axios” nəşri ABŞ rəsmilərinə istinadən, prezident Donald Trampın 15 avqustda Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşdə razılıq əldə olunmazsa, Rusiya iqtisadiyyatını “məhv etməyə” cəhd göstərə biləcəyini bildirib. Məlumata görə, adı açıqlanmayan rəsmi Trampın Putinə hələ də “qəzəbli” olduğunu və diplomatik səylər uğursuz olarsa, Ukraynaya NATO ölkələri vasitəsilə silah axınını davam etdirəcəyini deyib. Ağ Evdə açıqlama verən Tramp isə görüşdən atəşkəs gözlədiyini, müzakirələrin “çox konstruktiv” keçəcəyinə inandığını bildirib.

ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiya Prezidenti Vladimir Putin ilə Alyaskada görüş keçirəcək. Tramp bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə onlayn görüşdə iştirak edəcək. Tramp Zelenski və bəzi Avropa liderlərinin qatılacağı onlayn görüşdə Putinlə keçirəcəyi sammit öncəsi son vəziyyəti müzakirə edəcək. ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin 15 avqust cümə günü Alyaska ştatının Ankoric (Anchorage) şəhərində bir araya gələcəklər.

Tramp mətbuat konfransında “Vladimir Putinlə danışacağam və ona bu müharibəni bitirməli olduğunu deyəcəyəm” sözlərini səsləndirib, ən qısa zamanda atəşkəs əldə olunmasının vacibliyini vurğulayıb. O, həmçinin Ukrayna prezidenti Zelenskinin ərazi güzəştlərinin konstitusiya təsdiqini tələb etməsi ilə bağlı bəyanatından bir az narahat olduğunu bildirib. Trampın komandası Alyaska sammitinə İkinci Dünya Müharibəsindən sonra Avropanın xəritəsini formalaşdıran Yalta sammiti kimi önəm verir. Bu sammitdə Tramp, Putinlə yanaşı, Avropa məsələlərini müzakirə edəcək.

Kremlin müşaviri Yuri Uşakov yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüşün keçiriləcəyini açıqlayıb. Uşakov bildirib ki, Amerika tərəfinin təklifi ilə görüşün ən yüksək səviyyədə təşkil olunması barədə razılıq əldə olunub və hazırda konkret hazırlıqlar davam edir.