ABŞ-li senator Lindsi Qrem çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Tramp “ucuz Rusiya neftinin alınmasına” qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Senator Qrem Tramp ilə keçirdiyi görüşdən sonra ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı hesabında paylaşım edib.“Çox məhsuldar bir görüşdən sonra (Tramp) aylardır senator Blumental və bir çox digər şəxslərlə birlikdə üzərində çalışdığım iki partiyalı Rusiya sanksiyaları layihəsini təsdiqlədi.” - deyə Qrem vurğalayıb.
#Tramp və Putin münasibətləri
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Asiya turu çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşmək istəyərdi və bu məqsədlə səfərini uzatmağı istisna etmir. Tramp bu açıqlamanı Malayziyadan Yaponiyaya gedərkən prezident təyyarəsində jurnalistlərə verib. Onun turu Yaponiyada bazar ertəsi və çərşənbə axşamı, Cənubi Koreyada isə çərşənbə və cümə axşamı günlərini əhatə edir. O, bazar günü Malayziyaya səfər etmişdi.
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığında nüvə silahları mövzusunun gündəmə gəldiyini bildirib. Ağ Evdə açıqlama verən Tramp deyib ki, Putin söhbət zamanı nüvə gərginliyinin azaldılması barədə danışıb. “Prezident Putin telefon danışığında mənə nüvə silahları ilə bağlı gərginliyin azaldılmasından bəhs etdi. Mənim üçün bu, problem deyil. Əksinə, bunun yaxşı və uyğun bir addım olduğunu düşünürəm,” – deyə Tramp bildirib.
Rusiya Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığının baş tutduğunu açıqlayıb.
Kreml sözçüsü Dmitri Peskov, Rusiya Prezidenti Vladimir Putinin, ABŞ Prezidenti Donald Trampla paytaxt Moskvada görüşməyə hazır olduğunu açıqlayıb. Peskov, bu təklifin qüvvədə olduğunu bildirib. Rusiyanın, İngiltərə və Fransanın nüvə arsenalının da nəzərə alınması ilə bağlı tələbinin hələ də qüvvədə olub-olmadığına dair sualı cavablandıran Peskov, bu mövzunun aktual olduğunu bildirib. Peskov, əvvəlcə Rusiya və ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (New START) ilə bağlı danışıqların başlanmasının vacibliyini vurğulayaraq, “Ancaq gələcəkdə nüvə arsenalı məsələsi də müzakirəyə çıxarılmalıdır. Bu arsenal Avropanın təhlükəsizliyi və strateji sabitliyi ilə bağlı məsələnin tərkib hissəsidir,” deyib.
Rusiya ilə Ukrayna arasında baş verən müharibə dünyanın ən ağır faciələrindən biridir. İnsanlar həyatını itirir, şəhərlər yerlə-yeksan olur, milyonlarla insan evsiz qalır. Amma bütün bu faciənin fonunda bəzi siyasi fiqurlar üçün başqa bir reallıq mövcuddur: müharibə həm də böyük bir qazanc mənbəyinə çevrilə bilər. Donald Tramp bu fiqurların ən parlaq nümunəsidir.
Müharibəni bitirməyin vaxtı çatıb. Rusiya bu istiqamətdə zəruri addımlar atmalıdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün Alyaskada keçiriləcək görüşə münasibət bildirərkən deyib.
Liderlərin görüş yeri və vaxtı hələ açıqlanmayıb. Fransanın BFMTV kanalının məlumatına görə, Yelisey Sarayı iki liderin Alyaskada keçirilən Tramp-Putin görüşündən sonra münasib vaxtda görüşəcəyini bildirib. Xatırladaq ki, Avqustun 13-də Almaniyanın ev sahibliyi etdiyi Ukrayna ilə bağlı onlayn görüşdə Makron, Tramp, Zelenski və Avropa liderləri iştirak ediblər.
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş öncəsi Rusiya nümayəndə heyəti ABŞ-ın Alyaska ştatındakı Enkorec (Anchorage) şəhərinə çatıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüş öncəsi danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalına münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Lavrov Alyaskada jurnalistlərin suallarını cavablandırarkən Trampın görüşün uğursuzluqla nəticələnmə ehtimalının 25 faiz olduğunu deməsinə toxunub.
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında sabah keçiriləcək görüş ərəfəsində, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski bir görüş keçiriblər. Baş nazirliyin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Starmer bu səhər paytaxt Londondakı ofisində Zelenskini qəbul edib.
Böyük Britaniya Baş naziri Keir Starmer, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında sabah keçiriləcək görüşdən əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə kritik görüş keçirəcək. Starmer və Zelenski arasında bu gün baş tutacaq görüşdə Ukrayna məsələləri müzakirə ediləcək. Zelenski dünən Almaniyanın ev sahibliyi etdiyi onlayn iclasda da iştirak etmişdi.