Türkiyənin Balıkesir vilayətində ardıcıl iki zəlzələ baş verib. Məluamata əsasən, hər iki zəlzələnin episentri Balıkesir vilayətinin Sındırqı rayonunda yerləşib. Yerli vaxtla saat 20:36-da (Bakı vaxtı ilə 21:36) qeydə alınan 3,9 bal gücündəki zəlzələ yerin 9,16 kilometr dərinliyində, 3,5 bal gücündəki digər zəlzələ isə 7,14 kilometr dərinlikdə baş verib.
#Türkiyə
Qırğızıstanın Milli İnvestisiya Agentliyindən verilən məlumata görə, 18 sentyabrda Bişkekdə Qırğızıstan-Türkiyə biznes forumu təşkil olunacaq. Tədbir Qırğızıstan və Türkiyənin dövlət qurumlarını, biznes dairələrinin nümayəndələrini və investisiya şirkətlərini bir araya gətirəcək.
Türkiyədə Balıkəsirdə 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Bugün yerli vaxtla saat 15:33 radələrində Balıkəsir vilayətinin Sındırgı rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Zəlzələdə hazırda hər hansl bir itkinin olub-olmadığı barədə məlumat verilmir. Yerli qurumlar və AFAD vəziyyəti izləyir.
Çile məhəlləsində əkinçilik sahəsində hələ məlum olmayan səbəblərdən başlayan yanğın meşəlik əraziyə keçib. İzmir Meşə Regional Müdirliyi və müvafiq qurumlar yanğının qarşısını almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Hazırda alovla mübarizə üçün 8 təyyarə, 9 helikopter, 25 su maşını, 26 su təchizatı maşını və 4 buldozer səfərbər edilib. Yanğınsöndürmə işləri həm havadan, həm də qurudan intensiv şəkildə davam etdirilir. Hazırda yanğının nəzarət altına alınıb-alınmadığı barədə dəqiq məlumat verilməyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kars–Iğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi münasibətilə göndərdiyi müraciətdə layihəni “ölkə və region üçün körpü rolunu oynayacaq mühüm inkişaf hərəkatı” adlandırıb.
Türkiyə 2025-cü ilin iyul ayında Yunanıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 7 milyon 636 min 17 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Yunanıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 45 milyon 775 min 64 dollara bərabər olub.
XİN-in sözçüsü Öncü Keçeli “X” sosial şəbəkəsindəki paylaşımında , “İraqın sabitliyi və sülhü, eləcə də vətəndaşlarımızın təhlükəsizliyi üçün Süleymaniyyədəki hadisələri yaxından izləyirik.” - deyə bildirib. Keçeli qeyd edib ki, Türkiyənin Ərbildəki Baş Konsulluğu hazırda bölgədə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq aparır. Hadisələrin təfərrüatları barədə əlavə məlumat verilməsə də, Ankara bölgədəki gərginliyi izləyir və ehtiyac yaranacağı halda Türkiyə vətəndaşları üçün əlavə tədbirlərin görüləcəyini bəyan edib.
Türkiyənin İƏT-də sədrliyi çərçivəsində avqustun 25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası (ECM) iclasına Hakan Fidan rəhbərlik edəcək. Toplantının əsas müzakirə mövzusu İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və humanitar vəziyyət olacaq. Diplomatik mənbələrin bildirdiyinə görə, Fidanın çıxışında İsrailin Qəzzanı tam işğal etmək, iki dövlətli həll yolunu mümkünsüz hala gətirmək və fələstinliləri öz torpaqlarından qovmaq siyasətinin qəbuledilməz olduğunu vurğulaması gözlənilir. Nazir həmçinin dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini diqqətə çatdıracaq.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu hazırda CNN Türk-ün canlı yayımında Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti və Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Nazir bildirib ki, layihə çərçivəsində Qarsdan Naxçıvana qədər uzanan 224 kilometrlik xəttin 150 kilometri artıq hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə Azərbaycan tərəfi tikəcək. Hər iki ölkənin əməkdaşlığı ilə xətt eyni vaxtda tamamlanacaq və Bakıdan Qars istiqamətində sərnişin və yük daşımaları mümkün olacaq. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi 43 kilometrlik məsafəni əhatə edəcək və ən geci beş ildən sonra tam istifadəyə veriləcək. Bu yeni xəttin istifadəyə verilməsi ilə Bakı-Tbilisi-Qars marşrutuna alternativ təmin olunacaq və türk dünyası üçün daha qısa və problemsiz nəqliyyat marşrutu yaradılacaq.
İstanbulun Ümraniyə və Tuzla rayonları, həmçinin Kocaelinin Gebze bölgəsində həyata keçirilən əməliyyatlar zamanı 3 milyon 40 min 771 ədəd narkotik həblə 52,5 kiloqram qatqı maddəsi ələ keçirilib. Əməliyyatlar Türkiyə Daxili İşlər Nazirliyi Narkotik Cinayətlərlə Mübarizə Baş İdarəsinin koordinatorluğu və İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin iştirakı ilə aparılıb.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), Diyarbakır şəhərində yerləşən Dicle Universiteti üçün rektorluq xidməti binasının inşası, həmçinin infrastruktur və ətraf mühitin abadlaşdırılması işləri ilə bağlı tender elan edilib
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin 2025-ci ildə Tyançində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirak edəcək. Nazirliyin açıqlamasında bildirilib ki, Si Cinpin ŞƏT-ə üzv dövlət başçılarının Şurasının 25-ci iclasına və SCO+ formatında keçiriləcək görüşə sədrlik edəcək, həmçinin proqram xarakterli çıxış edəcək.