#Türkiyə

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin geri satılacağı barədə yayılan məlumatlara rəsmi cavab verilib. Bəzi media orqanları Türkiyənin 2017-ci ildə 2,5 milyard dollara Rusiyadan aldığı S-400 bataryalarını, Moskvanın tələbi və ehtiyacları əsasında geri sata biləcəyi barədə xəbərlər yayıb.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni və bolşevik dəstələrindən azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Bununla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.

Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə ilə Suriya arasında qurulan ortaq komitə kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yol xəritəsi hazırlayıb. Nazir bildirib ki, vətəndaş müharibəsinin başladığı vaxtdan etibarən Suriya xalqı ciddi çətinliklərlə üzləşib. Türkiyə isə həm Afrində, həm də digər bölgələrdə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə bitkiçilik və heyvandarlıq sahələrində dəstək verib.

Muğla Böyükşəhər Bələdiyyəsi Dəstək Xidmətləri Dairəsi, 151 çeşid kompüter, proqram təminatı və informasiya sistemlərinə aid avadanlıqların satın alınması ilə bağlı tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunan avadanlıqlar tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.

Türkiyədə son 10 gündə kibercinayətlərə qarşı aparılan əməliyyatlarda ümumilikdə 364 nəfər şübhəli saxlanılıb. Saxlanılanlardan 125 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 94 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. Digər şübhəlilər haqqında istintaq tədbirləri davam etdirilir.

20-ci əsrin ilk rübündə dünya tarixində baş verən ən mühüm hadisələrdən biri Birinci Dünya Müharibəsi, Çar Rusiyasının dağılaraq yerində SSRİ-nin qurulması, Osmanlı imperiyasının varisi olan Türkiyə Respublikasının Ulu Öndər Mustafa Kamal Atatürkün başkomandanlığında, yeddi dövlətlə mübarizə apararaq, xalq olaraq verdiyi istiqlal savaşı nəticəsində dünya dövlətləri arasında özünəməxsus mövqeyini qazanması olmuşdur. 1918-ci ildə Qırmızı Kommunist Rusiyası, imperialist İngiltərə dövləti və onlara alət olan erməni dəstələri qədim Türk yurdu olan Can Azərbaycanın bölüşdürülməsi məqsədilə işğala başlamış, Qafqazda, Cənubi Azərbaycanda və Anadolunun şərqində türklərə və müsəlmanlara qarşı dünyanın gözü qarşısında insanlığa qarşı cinayətlər törədirdilər.

Türkiyənin Qaziantep vilayətində Əl-Qaidə və İŞİD terror təşkilatlarının təbliğatını aparmaq və İŞİD-ə üzv olmaq ittihamı ilə saxlanılan 10 şübhəlidən 7-si həbs edilib. Bu barədə Qaziantep Valiliyi məlumat yayıb. Məlumata görə, Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları Baş Prokurorluqla koordinasiyalı şəkildə şəhərdə müəyyən edilən ünvanlara əməliyyat keçirib. Əməliyyat nəticəsində 10 nəfər saxlanılıb.

Türkiyənin Karabük və Bursa vilayətlərində meşə yanğınları qeydə alınıb. Karabükün Ovacık rayonundakı yanğın yerli vaxtla saat 16:00 (Bakı vaxtı ilə 17:00) radələrində baş verib. Otluq ərazidə başlayan yanğın qısa müddətdə meşəyə keçib. Hadisə yerinə yanğınsöndürən və meşə briqadaları cəlb olunub. Həmçinin, 1 yanğınsöndürmə helikopteri də havadan dəstək verib. Hazırda yanğının söndürülməsi üçün müdaxilə davam edir. Bursanın Mudanya rayonundakı yanğın isə yerli vaxtla saat 17:00 (Bak vaxtı ilə 18:00) radələrində otluq sahədə başlayıb. Küləyin təsiri ilə sürətlə yayılan alov meşəlik əraziyə keçib. Əraziyə çoxlu sayda yanğınsöndürən göndərilib. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam etdirilir.

Türkiyənin Elazığ vilayətində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Elazığ vilayətinin Sivrice rayonunda yerli vaxtla saat 13:19-da (Bakı vaxtı ilə saat 14:19-da) baş verib. Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib.

İstanbul Hava Limanı gündəlik orta hesabla 1624 uçuşla bir daha Avropanın ən sıx hava limanı olub. AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir həmçinin bildirib ki, gündəlik orta hesabla 1024 uçuşla Antalya Hava Limanı Avropanın ən sıx 9-cu hava limanı olub. Onun sözlərinə görə, qlobal miqyasda fəaliyyət göstərən 25 hava limanı arasında 1–7 sentyabr 2025-ci il tarixlərində gündəlik orta hesabla 821 uçuş həyata keçirən İstanbul Hava Limanı dünya üzrə 5-ci yerdə qərarlaşıb.

Beynəlxalq səviyyədə qırmızı bültenlə axtarılan altı, milli səviyyədə axtarılan iki cinayətkar saxlanılaraq Türkiyəyə gətirilib. Beynəlxalq səviyyədə axtarılan şəxslər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan gətirilib. Onların müxtəlif cinayətlər - qəsdən adam öldürmə, uşaq istismarı, qanunsuz azadlıqdan məhrum etmə, saxta sənəd hazırlama, fırıldaqçılıq, qəsdən xəsarət yetirmə, yol-nəqliyyat hadisəsi nəticəsində ölüm və yaralanmaya səbəb olma, həmçinin narkotik maddələrin qaçaqmalçılığı və satışı ilə bağlı axtarıldığı bildirilib.