#Türkiyə

Türkiyədə yerləşən Kastamonu cəzaçəkmə müəssisəsi 400 kVa gücündə dizel generator alımı üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Generatorlar tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.

Türkiyə, 2025-ci ilin yanvar–avqust aylarını əhatə edən dövrdə, ümumilikdə 18,5 milyard dollarlıq texniki avadanlıq ixracı həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 0,3 faiz artım deməkdir. Avqust ayında isə ixracat vahidi qiymətləri 8,3 dollara qalxıb. Lakin miqdar baxımından 12,3 faizlik azalma nəticəsində, texniki avadanlıq ixracı ötən ilin eyni ayına görə 3,4 faiz geriləyib. Bununla belə, son 12 aylıq dövrdə ümumi ixrac həcmi 28,3 milyard dollar səviyyəsində sabit qalıb.

Arsenal, İtaliya A Seriyasının yüksələn ulduzlarından Kənan Yıldızın transferi üçün hərəkətə keçib. İngiltərə klubu türk əsilli futbolçu ilə bağlı ilkin təmasları qurub, lakin Yuventus oyunçusunu satmaq fikrində deyil. İtaliya mətbuatının məlumatına görə, Arsenal rəhbərliyi 20 yaşlı hücumçunun menecerləri ilə əlaqə yaradıb.

Beynəlxalq logistika zəncirlərinin dərin transformasiya dövründə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Middle Corridor) Avrasiyanın iqtisadi xəritəsini yenidən konfiqurasiya edə biləcək strateji layihə keyfiyyəti qazanır. Çinlə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu marşrut sadəcə alternativ yol deyil, qlobal təlatümlər dövrünün çağırışlarına qanunauyğun cavabdır.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Ev görüşü öncəsi mühüm enerji razılaşmasının imzalandığını açıqlayıb. Razılaşmaya əsasən, 2026-cı ildən başlayaraq hər il təxminən 4 milyard kubmetr, ümumilikdə isə 70 milyard kubmetr təbii qaz ekvivalenti LNG Türkiyəyə gətiriləcək. LNG həm ABŞ-dakı yükləmə terminallarından, həm də Türkiyə, Avropa və Şimali Afrikadakı qazlaşdırma mərkəzlərindən təhvil veriləcək.

İstanbul mərkəzli 19 şəhərdə keçirilən genişmiqyaslı əməliyyatla, xaricilərə saxta əmlak satışı yolu ilə Türkiyə vətəndaşlığı qazandıran cinayət şəbəkəsi çökdürülüb. Yerlikaya, təşkilat üzvlərinin “Cinayət törətmək məqsədilə təşkilat qurmaq, təşkilata üzv olmaq, miqrant qaçaqmalçılığı, cinayət yolu ilə əldə edilmiş əmlakı yuma, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması” kimi ittihamlarla araşdırıldığını vurğuladı.

Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında keçirilən görüşdən sonra, Türkiyənin Qarabağda məktəb inşa etməsi ilə bağlı razılıq əldə olunub. Bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Tekin məlumat verib. Tekin bildirib ki, məktəbin Ağdamda və ya uyğun hesab ediləcək digər bir ərazidə inşası planlaşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ştatlardakı səfəri çərçivəsində Türk-Amerikan Milli İdarəetmə Komitəsi (TASC) tərəfindən təşkil olunan tədbirdə çıxış edib. Ərdoğan çıxışında FETÖ terror təşkilatına da diqqət çəkərək, başçısının ölümündən sonra qurum daxilində parçalanmanın daha da sürətləndiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp, BMT Baş Assambleyasının kənar çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri ilə toplantı keçirəcək. Tramp bu görüşdə Qəzzədə atəşkəsin əldə olunması, müharibədən sonrakı idarəetmə və İsrailin bölgədən çəkilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Bu barədə məlumat verən Ağ Evin Mətbuat Katibi Karoline Leavitt, jurnalistlərə açıqlamasında Trampın bu gün adıçəkilən ölkələrin liderləri ilə mühüm görüş keçirəcəyini bildirib.

Türkiyədə 2025-ci ilin avqust ayında 215 min 130 ədəd nəqliyyat vasitəsi ilk dəfə dövlət qeydiyyatına alınıb. Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən yayımlanan məlumatlara əsasən, bunların 44,1 faizini minik avtomobilləri, 43,9 faizini motosikletlər, 8 faizini yük maşınları (kamyonet), 1,5 faizini traktorlar, 1,4 faizini iri tonnajlı yük maşınları, 0,7 faizini mikroavtobuslar, 0,3 faizini avtobuslar və 0,1 faizinixüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.