Türkiyə Ermənistanla münasibətlərdə bütün zamanlarda Azərbaycanla koordinasiyalı şəkildə fəaliyyət göstərib
#Türkiyə
Bakıda "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda tədbir keçirilir. Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin ticarət müşaviri və sahibkarlar iştirak edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türk diasporu qarşılaşdığı çoxsaylı çətinliklərə baxmayaraq ayaqda qalmağı və bütün sahələrdə söz, təsir və iradə sahibi olmağı bacarıb. Bu fikirlər Prezident Ərdoğanın Prezident Sarayında keçirilən tədbirdə çıxışı zamanı səsləndirilib. O, dünyanın müxtəlif bölgələrində yaşayan 7 milyondan çox Türkiyə vətəndaşına salam və sevgilərini çatdıraraq, soydaş və qohum icmalarla mənəvi bağların önəmini vurğulayıb. Ərdoğan çıxışında Qəzza, Fələstin, Livan, Sudan və digər bölgələrdə yaşanan humanitar böhranlara diqqət çəkərək, xüsusilə Qəzzada 2 milyondan çox fələstinlinin ağır şəraitdə yaşamaq uğrunda mübarizə apardığını qeyd edib. O, İsrailin hücumlarını insanlığa zidd adlandırıb və İslam aləmi üçün həmrəylik çağırışı edib.
Bu barədə Nikol Paşinyan jurnalistlərə bildirib
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” təsdiq edilib.
İstanbulda Yeni il və Milad tədbirlərinə qarşı mümkün terror hücumlarının qarşısının alınması məqsədilə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində hücum planlaşdırmaqda şübhəli bilinən 115 nəfər saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə istintaq çərçivəsində ümumilikdə 137 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Polis qüvvələri şəhər üzrə 124 ünvanda eyni vaxtda əməliyyat həyata keçirib.
Türkiyə Respublikası ilə Belarus Respublikası arasında 29 mart 2013-cü il tarixində imzalanmış “Viza Tələblərinin Qarşılıqlı Ləğvi Anlaşması”na dəyişiklik edilməsi barədə protokol rəsmi olaraq təsdiqlənib.
Sudanın Suveren Şurasının sədri Abdel Fəttah əl-Burhan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə dekabrın 25-də Türkiyəyə işgüzar səfər edəcək. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesablarında paylaşım edib. Məlumata əsasən, səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə ilə Sudan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, Sudandakı son hadisələr və ölkədəki humanitar vəziyyət müzakirə olunacaq.
Dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
Sahibə Qafarova Cevdet Yılmazla görüşüb
Nazir bildirib ki, iki ölkə arasında müəyyən olunmuş strateji məqsədlərə çatmaq üçün bir sıra mühüm iqtisadi tədbirlər həyata keçirilmişdir: "Bu çərçivədə, müəyyən tədbirlər keçirilmiş, 110-dan çox konkret tədbir müəyyən edilərək ətraflı bir fəaliyyət planı hazırlanmışdır. Bu tədbirlər sayəsində qarşıya qoyulan hədəflərə, 15 milyard dollarlıq ticarət hədəfinə uğurla nail olacağıq".
Azərbaycan investorları Türkiyə üzərindən Afrika və Yaxın Şərq bazarlarına, eləcə də Gömrük İttifaqı çərçivəsində Avropa İttifaqının 27 ölkəsinin bazarlarına daha rahat çıxış imkanına malikdirlər.