Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb

    24 Dekabr 2025 21:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb.

    AzerVoice xəbər verir ki, dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə təşkil edilən Forumda respublikamızın müxtəlif bölgələrindən fərqli dinlərə mənsub 100-dən çox din xadimi, müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Özbəkistan və Qazaxıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

    Forumda “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri aparılıb. Forumun sonunda panellərin moderatorlarının iştirakı ilə müzakirələrə yekun vurulub.

    I panelin moderatoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, çıxışlarda əsasən dövlət-din münasibətlərinin mədəni aspektlərinə diqqət çəkilib. Azərbaycanda bütün dinlərin mədəni irsinə göstərilən dövlət qayğısı və müxtəlif dini abidələrin bərpası istiqamətində görülən işlər məmnunluqla vurğulanıb. Xüsusilə Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında oynadığı aparıcı rolun əhəmiyyəti yüksək qiymətləndirilib. G.İsmayılov müzakirələrin maraqlı məqamlarından birinin də Azərbaycan və Özbəkistanın dövlət-din münasibətləri modelinin müqayisəli təhlili olduğunu deyib.
    II panelin moderatoru Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa din təhsili və maarifçiliklə bağlı aparılan müzakirələr haqqında qısa məlumat verib. Qeyd edib ki, Azərbaycan dövlətinin din siyasətində bütün dinlərə bərabər və ədalətli münasibət göstərilməsi prinsipi özünü aydın şəkildə büruzə verir. Paneldə müasir texnoloji inkişaf fonunda multikultural dəyərlərin qorunması məsələsinin də diqqət mərkəzində olduğunu diqqətə çatdıran F.Mustafa bildirib ki, informasiya texnologiyalarından qorxmaq deyil, onları mənimsəmək və insanlıq prinsiplərini qorumaq şərtilə lazımi istiqamətlərdə istifadə etmək lazımdır. Bu, müasir multikulturalizmin əsas təməllərindən biridir.

    III panelin moderatoru Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev qeyd edib ki, müzakirələrdə dini radikalizmə və zərərli ideologiyalara qarşı mübarizənin düşünülmüş mübarizə üsulları və maarifləndirmə vasitəsilə həyata keçirilməsinin vacibliyi daha çox önə çıxıb. Vurğulanıb ki, bu prosesdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar çıxışlarında müasir ictimai rəyi mütləq əsas götürməli, cəmiyyətin həssas olduğu məqamları nəzərə almalı və gənclərin düzgün maarifləndirilməsi istiqamətində daha aktiv fəaliyyət göstərməlidirlər.

    IV panelin moderatoru Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirələrdə ailə dəyərlərinin qorunması və qadın hüquqlarının təmin edilməsi istiqamətlərinə diqqət yetirildiyini deyib. Bildirib ki, ailə dəyərlərinin qorunması, nikahın hüquqi əsasları və uşaq tərbiyəsi məsələlərində cəmiyyətin məlumatlılıq səviyyəsini artırmaq məqsədilə praktiki tədbirlərin keçirilməsinə böyük ehtiyac var. Cəmiyyəti narahat edən ən ağrılı məqamlardan olan erkən nikahlar, qızların təhsildən yayınması və boşanmaların sayının artması kimi mənfi tendensiyalar geniş təhlil edilib.

    Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb
    #Türkiyə #Qazaxıstan #Özbəkistan #Milli Məclis #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Azərbaycanda multikulturalizm #Hicran Hüseynova #Konstitusiya və Suverenlik İli #qadın və uşaq məsələləri komitəsi #Azərbaycan Din Xadimlərinin II Forumu #Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı mövzusu #Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri #Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları #Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar #Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu #Gündüz İsmayılov #Milli Məclisin Ailə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

    1 Sentyabr 2026 18:17

    Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

    1 Sentyabr 2026 16:39

    Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

    1 Sentyabr 2026 16:17

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    1 Sentyabr 2026 15:51

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    1 Sentyabr 2026 15:46

    Özbəkistan ŞƏT-ə süni intellekt sahəsində tərəfdaşlıq təklif edir

    1 Sentyabr 2026 14:02

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Özbəkistan Prezidenti “ŞƏT-2040” konsepsiyasının hazırlanmasını təklif edib

    1 Sentyabr 2026 13:40

    Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

    1 Sentyabr 2026 13:01

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    1 Sentyabr 2026 12:34

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    1 Sentyabr 2026 12:18
    XƏBƏR LENTİ

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    “Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

    Si Cinpinin Misir səfəri: Çin ABŞ-ın Yaxın Şərqdəki təsirinə meydan oxuyur

    Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq

    Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

    Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.