#Türkiyə

“Think Fashion” tərəfindən təşkil edilən qlobal “Modest Fashion Week”in (Təvazökar Moda Həftəsi) 11-ci buraxılışı aprelin 16-dan 18-dək Fransanın paytaxtında keçiriləcək və bu, platformanın dünyanın ən nüfuzlu moda mərkəzlərindən birindəki debütü olacaq.

2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi — Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.

Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib. Layihə çərçivəsində elmi konfrans, milli geyim sərgisi və Qərbi Azərbaycan mətbəxindən furşet təqdim olunub. Tədbir zamanı azərbaycanlıların tarixən yaşadıqları torpaqlardan deportasiyalara məruz qalması, maddi və qeyri-maddi mədəni irsin qorunması məsələləri müzakirə olunub. Məqsəd Qərbi Azərbaycanın zəngin mədəni irsini beynəlxalq ictimaiyyətə çatdırmaq, qorumaq və ümumtürk mədəni irsi ilə bağlı məlumatları yaymaqdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi səfər çərçivəsində Cənubi Koreyanın paytaxtı Seulda bu ölkənin xarici işlər naziri Cho Hyun ilə görüşüb. Diplomatik mənbələrin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Səfər çərçivəsində Hakan Fidan Seul şəhərində yerləşən Koreya Respublikasının Hərbi Memorialı kompleksini də ziyarət edərək abidə önünə əklil qoyub.

İyunun 4-5-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısı keçiriləcək. Məlumata görə, bununla əlaqədar olaraq Şuranın üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr mərkəzi banklarının rəhbər heyətləri ölkəmizə səfər edəcək. Toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibinin də iştirakı nəzərdə tutulub.

Kahramanmaraşın Pazacık rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan itkisi barədə məlumat verilməyib. Hadisə bölgədə zəif hiss olunmuş ola bilər

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Yaxın Şərqdə və Körfəz bölgəsində Türkiyəyə məxsus heç bir təyyarə qalmayıb və Hörmüz Boğazında 9 Türkiyə sahibli gəmidən 7-si çıxmaq istəyini bildirib.

Səkkiz ərəb və islam ölkəsinin xarici işlər nazirləri Qüdsdə yerləşən Əl-Əqsa məscidi ətrafında baş verən son hadisələrə dair birgə bəyanat yayıb. Bəyanatda məscidə edilən basqınlar və İsrail bayrağının onun həyətində qaldırılması kəskin şəkildə pislənib və bu addımların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu bildirilib.

İyunun 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müraciət komitəsinin sədri Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türkiyə nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bildirib ki, ABŞ Prezidenti Donald Tramp 7–8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsinə qatılmağı planlaşdırır. Fidan ABŞ-ın siyasi bəyanatlara baxmayaraq NATO-ya bağlılığını davam etdirdiyini və ittifaqdan çıxmaq planlarına dair heç bir göstərici olmadığını vurğulayıb. O bildirib ki, ABŞ müttəfiqləri müdafiə xərclərini artırmağa və öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımağa davamlı təzyiq edir.