#Çin

Səudiyyə Ərəbistanının avtomobil bazarı yeni nəsil hibrid nəqliyyat vasitələrini qarşılayır. Bu avtomobillər ən müasir “REEV - Range-Extended Electric Vehicle” texnologiyası ilə təchiz olunub. Krallıqda bu sistem əvvəllər də təqdim edilsə də, Riyad EV Auto Show 2025 sərgisində nümayiş olunan son modellər enerji səmərəliliyi, performans və yürüş məsafəsi baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

Çin Xarici İşlər naziri Vanq Yi dünən ABŞ Xarici İşlər naziri Marko Rubio ilə telefon danışığı aparıb. Görüşdə Vanq Yi bildirib ki, Çin-ABŞ münasibətləri dünyanın gələcəyi üçün böyük əhəmiyyət daşıyır və sağlam, sabit və davamlı ikitərəfli əlaqələr həm hər iki ölkənin uzunmüddətli maraqlarına uyğundur, həm də beynəlxalq ictimaiyyətin gözləntisinə cavab verir. Vanq Yi Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampın beynəlxalq liderlər olduğunu xatırladaraq, daimi ünsiyyət və qarşılıqlı hörmətin Çin-ABŞ münasibətlərinin ən dəyərli strateji sərvəti olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Malayziya, Yaponiya və Cənubi Koreyanı əhatə edən 5 günlük Asiya səfəri üçün Ağ Evdən ayrılmazdan əvvəl jurnalistlərin suallarını cavablandırıb. O, “Şi ilə yaxşı bir görüş keçirəcəyimizi düşünürəm” deyərək, iki ölkə arasında gərginlik yaradan ticarət və gömrük tarifləri, həmçinin Tayvan məsələsinin gündəmin əsas mövzuları olacağını qeyd edib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Asiya turu çərçivəsində Çin Prezidenti Si Cinpin ilə keçirəcəyi görüşdə Tayvan məsələsi də müzakirə olunacaq mövzular arasında yer alacaq. Tramp həmçinin Honq-Konqda həbsdə olan media maqnatı Cimmi Layın azadlığa buraxılmasının vacibliyini vurğulayıb. ABŞ lideri Vaşinqtonu tərk edərək Asiya səfərinə – hakimiyyətə qayıtdıqdan sonra ilk Asiya turuna başlamazdan öncə Şimali Koreya lideri Kim Çen In ilə görüşmək arzusunu da ifadə edib.

İranın hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Gəribabadi bildirib ki, Rusiya, Çin və İranın səfirləri və BMT yanında daimi nümayəndələri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə birgə məktub göndəriblər. Gəribabadi öz “X” hesabında yazıb ki, Rusiya, Çin və İranın 18 oktyabr tarixində BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə 2231 saylı qətnamənin qüvvədən düşməsi barədə birgə məktub göndərməsindən sonra, bu gün Xarici İşlər Nazirliyinin diplomatik təşəbbüsləri çərçivəsində həmin üç ölkənin MAQATE yanındakı səfirləri və daimi nümayəndələri Agentliyin Baş direktoruna birgə məktub göndəriblər.

Oktyabrın 27-də Tramp Tokioya səfər edəcək və oktyabrın 28-də Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə görüşəcək. Oktyabrın 29-da Tramp Pusana uçacaq, orada Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşəcək və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxış edəcək. “Yerli vaxtla cümə axşamı prezident Vaşinqtona qayıtmazdan əvvəl Çin sədri Si [Cinpin] ilə ikitərəfli görüşdə iştirak edəcək”.

ABŞ Prezidenti Donald Tramp, Asiya səfəri çərçivəsində görüşməyi planlaşdırdığı Çin Prezidenti Si Cinpinin, Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün Rusiya Prezidenti Vladimir Putin üzərində böyük təsirə malik ola biləcəyini bildirib. Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp, Si Cinpini “böyük bir ölkənin güclü lideri” kimi xarakterizə edib.

Türkiyə 2025-cü ilin sentyabr ayında Çinə dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz azalaraq, 11 milyon 880 min 95 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Çinə dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz azalaraq, 1 milyon 368 min 68 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq dəyişərək, 1 milyard 115 milyon 179 min dollara bərabər olub.

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına 2028-ci ilin əvvəllərindən tamamilə son qoyulması planına dəstək verib. Lüksemburqda keçirilən enerji nazirlərinin iclasında üzv ölkələr Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair qaydalar üzərində razılığa gəliblər.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Çinə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz artaraq, 17 milyon 955 min 22 dollara bərabər olub. Türkiyə 2025-cü ilin sentyabr ayında Çinə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,4 faiz artaraq, 2 milyon 441 min 87 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 12 milyard 455 milyon 938 min dollara bərabər olub.

Donald Tramp Çinlə bağlı yeni açıqlaması ilə gündəmə gəlib. O, yaxın iki həftə ərzində Çin Xalq Respublikasının sədri Si Cinpinqlə görüşəcəyini bəyan edib. Tramp jurnalistlərə verdiyi qısa açıqlamada, “Çin Dövlət Başkanı Si Cinping ilə iki həftə içində görüşəcəyik” deyə bildirib. Onun bu açıqlaması ABŞ-Çin münasibətlərinin son aylarda yenidən gərginləşdiyi bir dövrə təsadüf edir.