ABŞ Prezidenti Donald Tramp Roma Papası Papa XIV Leo-nun açıqlamalarını tənqid edərək onun mövqeyinin dünyanı “daha az təhlükəsiz” etdiyini bildirib. Məlumata görə, yaranmış gərginlik ABŞ Dövlət katibi Marko Rubionun Vatikana planlaşdırılan səfəsi öncəsi münasibətlərin daha da həssas mərhələyə daxil olduğunu göstərir.
#NATO
NATO rəhbərliyi ABŞ və Avropa ölkələri arasında hərbi əməkdaşlıq məsələlərində yeni mərhələnin başladığını bildirir. Mark Rutte Avropa ölkələrinin ABŞ prezidenti Donald Tramp tərəfindən verilən mesajları nəzərə aldığını və hərbi bazaların istifadəsi ilə bağlı razılaşmaların icrasını sürətləndirdiyini açıqlayıb
Vaşinqtonun Almaniyadakı hərbi varlığını azaltmaq və minlərlə əsgərini geri çəkmək qərarı Avropanın təhlükəsizlik mühitində ciddi suallar yaradıb. Bu addım təkcə ikitərəfli münasibətlərə deyil, həm də NATO-nun gələcək fəaliyyətinə təsir edə biləcək fundamental bir dəyişiklik kimi qiymətləndirilir.
Məlumata görə, Tramp İspaniyanın Baş naziri Pedro Sançes və İtaliyanın Baş naziri Corciya Meloni barədə tənqidi fikirlər səsləndirərək bu ölkələrin ABŞ-la əməkdaşlıqda yetərli dəstək göstərmədiyini iddia edib. Bildirilib ki, rəsmi Madrid və Roma İranla bağlı münaqişədə iştirak edən ABŞ hərbi təyyarələrinin bazalardan istifadəsinə icazə verməyib. Bu isə Vaşinqtonun narazılığına səbəb olub.
Türk müdafiə sənayesi aviasiya sahəsində növbəti böyük uğuruna imza ataraq, milli reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniyaya ixracını rəsmiləşdirib. Türk Havacılıq və Uzay Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunan Türkiyənin ilk milli reaktiv təyyarəsinin İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsinə dair rəsmi müqavilə Madriddəki Airbus müəssisələrində keçirilən mərasimlə imzalanıb.
Almaniya Hərbi Dəniz Qüvvələrinin mümkün əməliyyat hazırlıqları çərçivəsində Aralıq dənizinə mina təmizləyən gəmi göndərəcəyi açıqlanıb. Nazirin sözlərinə görə, mina təmizləyən gəmi ilə yanaşı, komanda və təchizat gəmisi də bölgəyə göndəriləcək. Lakin gəmilərin konkret nə vaxt yola düşəcəyi açıqlanmayıb.
NATO-nun təsis müqaviləsində üzv ölkələrin üzvlüyünün dayandırılması və ya ittifaqdan çıxarılması ilə bağlı hər hansı bir bəndin olmadığı bildirilib. Bir NATO rəsmisi, beynəlxalq mətbuatda ABŞ Müdafiə Nazirliyinə məxsus daxili elektron poçtda ABŞ-ın İrana qarşı hücumlarda və Hörmüz boğazındakı əməliyyatlarda ona dəstək verməyən NATO müttəfiqlərini cəzalandırmaq üçün müəyyən ssenarilər üzərində işlədiyinə dair yayılan xəbərlərlə bağlı AA müxbirinə açıqlama verib.
ABŞ müdafiə strukturları İranla bağlı vəziyyətdə dəstək verməyən bəzi NATO ölkələrinə qarşı tədbirlər paketini nəzərdən keçirir. Məlumata görə, Pentaqon tərəfindən müzakirə edilən variantlar arasında İspaniyanın NATO çərçivəsində iştirakının müvəqqəti dayandırılması və “problemli” hesab edilən ölkələrin alyans daxilində mühüm vəzifələrə çıxışının məhdudlaşdırılması yer alır.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəttin Duran sosial media hesabından etdiyi açıqlamada 2026-cı il NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edəcəklərindən böyük məmnunluq duyduqlarını bildirib. Duran iyulun yeddisi və səkkizində Ankarada reallaşacaq bu sammitin sadəcə diplomatik bir görüş deyil eyni zamanda qlobal təhlükəsizlik sisteminin gələcəyini müəyyən edəcək kritik bir nöqtə olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO rəhbərliyi ilə yüksək səviyyəli görüş keçirib. Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
NATO baş katibi Mark Rutte 21-22 aprel tarixlərində Türkiyəyə səfər edəcək. Görüşlərdə regiondakı vəziyyətlə yanaşı, Rusiya-Ukrayna müharibəsi də əsas müzakirə mövzularından biri olacaq. Məlumata görə, Türkiyənin Rusiya və Ukrayna arasında birbaşa danışıqların növbəti mərhələsinə ev sahibliyi etmək istiqamətində səyləri də diqqət mərkəzində olacaq. Bu təşəbbüsün sülh prosesinin yenidən canlandırılmasına yönəldiyi qeyd olunur
Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Baş katibinin müavini Kevin Hamiltonla görüşüb.