Kanadanın Baş naziri Mark Karni Ontario əyalətində keçirdiyi mətbuat konfransında Türkiyə-Kanada münasibətləri barədə mühüm açıqlamalar verib. O, Türkiyəni NATO-nun "həyati tərəfdaşı" adlandıraraq, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığı dərinləşdirmək üçün "nəhəng" imkanların olduğunu bildirib. Baş nazir Karni Türkiyənin dünyanın strateji və bəzən çətin bir bölgəsində mühüm rol oynadığını vurğulayıb. O, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Nyu-Yorkda apardığı danışıqlara toxunaraq bildirib: "Türkiyə ilə ticari əlaqələrimizi dərinləşdirmək üçün bir sıra imkanlarımız var. Müdafiə və nüvə əməkdaşlığı kimi mövzuları da əhatə edə biləcək bu danışıqları davam etdirməyi planlaşdırırıq."
#NATO
Yunanıstan Hərbi Hava Qüvvələrində xidmət edən bir zabit NATO-ya məxsus məxfi məlumatları Çin tərəfinə ötürməkdə ittiham edilərək saxlanılıb. Məlumata görə, casusluqda şübhəli bilinən şəxs Yunanıstan Hərbi Hava Qüvvələrində uzun illər xidmət etmiş telekommunikasiya və informasiya sistemləri üzrə mühəndisdir. Onun NATO çərçivəsində müxtəlif texniki vəzifələrdə çalışdığı bildirilir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarının enerji sektoru əməkdaşları üçün təlim keçirilib. Təlim NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində XRİTDX və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsi çərçivəsində təşkil edilib və “Enerji sektorunda kibertəhlükəsizliyə giriş və kiberpoliqon platformasının imkanları” mövzusuna həsr olunub.
Macarıstan Baş naziri Viktor Orban Ukraynaya hərbi və maliyyə dəstəyi göstərmək məsələsində sərt mövqe nümayiş etdirib. Orban daha əvvəl Ukraynanın Avropa İttifaqı və NATO-ya mümkün üzvlüyünü müharibəyə aparan yol kimi qiymətləndirmiş, Kiyevin Qərb ölkələri ilə Rusiya arasında "tampon zona" kimi qalmasının vacib olduğunu vurğulamışdı.
NATO ölkələri Arktika bölgəsində Rusiya gəmiləri və sualtı qayıqlarını aşkar etmək və izləmək üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə başlayıb. Məqsəd Avropa rəsmilərinin ABŞ Prezidenti Donald Trampa Arktika bölgəsində Amerikanın maraqlarının qorunmasına töhfə verə bildiklərini nümayiş etdirməkdir.
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Avropaya qarşı gömrük rüsumları ilə bağlı təhdidlərinə münasibət bildirərək, Avropanın zərurət yaranacağı təqdirdə öz maraqlarını müdafiə etməyə tam hazır olduğunu bəyan edib. O qeyd edib ki, Avropa İttifaqı liderləri Brüsseldə qısa müddətdə bir araya gələrək gömrük rüsumu təhdidlərindən çəkinməmək mövqeyində ortaq razılığa gəliblər.
Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.
ABŞ-ın Suriyadakı kürd silahlı qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi dəyişən hərbi-operativ şəraitin situativ nəticəsidirmi, yoxsa biz daha dərin strateji transformasiyanın şahidi oluruq - yəni Vaşinqtonun münaqişələri vasitəçi (proksi) modellə idarəetmədən imtina edib, Yaxın Şərqdə dövlət iyerarxiyasını bərpa etməyə, qeyri-rəsmi güc mərkəzlərini ləğv etməyə yönəlməsi?
Fransa, Qrenlandiyada NATO təlimi təşkil edilməsini tələb edib və bu təlimdə iştirak etməyə hazır olduğunu açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə Qrenlandiyanın "xalq təhlükəsizliyi üçün vacib" olduğunu bəyan edərək, bəzi Avropa ölkələrinə qarşı gömrük vergisi tətbiq etməklə hədələyib. Tramp bildirib ki, 1 fevraldan etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, İngiltərə, Niderland və Finlandiyaya 10 faiz gömrük vergisi tətbiq olunacaq, 1 iyundan sonra isə bu nisbət 25 faizə yüksələcək.
Türk Hərbi Dəniz Qüvvələri NATO-nun Amfibiya Tapşırıq Qüvvəsi Komandanlığı və Çıxarma Qüvvələri Komandanlığı çərçivəsində bir sıra beynəlxalq təlim və əməliyyatlarda iştirak edəcək. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabında yayılan məlumata görə, NATO Müttəfiq Reaksiya Qüvvəsi tərkibində olan bu iki mühüm vəzifə 1 iyul 2025-ci ildən 30 iyun 2026-cı ilədək Türk Hərbi Dəniz Qüvvələri tərəfindən icra olunacaq.
Qrenlandiya ətrafında vəziyyətin gərginləşməsi fonunda Kanadanın Baş naziri Mark Karni müttəfiqlərini NATO mexanizmləri vasitəsilə Arktikanın təhlükəsizliyini təmin etməyə çağırıb. Bu barədə baş nazir "X" sosial şəbəkəsində yazıb. "Arktikanın — NATO-nun şimal və qərb cinahlarının — təhlükəsizliyi Alyansımız üçün çox vacibdir. Kanada qəti şəkildə inanır ki, Arktikanın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu NATO daxilində birgə işləməkdir", - deyə o bildirib.
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla Qrenlandiya və Arktika bölgəsində təhlükəsizlik məsələlərini müzakirə edib. Bu barədə M.Rutte "X" sosial şəbəkəsində yazıb.