İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna hava zərbələri endirib. Zərbələr nəticəsində 4 nəfər həlak olub. Hava hücumu ölkənin Nəbatiyyə vilayətinə bağlı Tayba, Şəba, Yatir və Harayib qəsəbələrini hədəf alıb. İsrail tərəfi hücuma dair hər hansı açıqlama verməyib.
#Livan-İsrail münasibətləri
BMT Təhlükəsizlik Şurası bazar ertəsi Livanın cənubunda fəaliyyət göstərən BMT Sülhməramlı Missiyasının (UNIFIL) gələcək taleyi ilə bağlı səsvermə keçirəcək. ABŞ və İsrailin etirazlarına baxmayaraq, Fransa tərəfindən hazırlanmış layihəyə əsasən, missiyanın fəaliyyəti daha bir il uzadılacaq, eyni zamanda mərhələli şəkildə geri çəkilməyə hazırlıq görüləcək.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu barədə Axios portalı məlumat yayıb. “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.
Livanın baş naziri Navaf Salam İsrailin baş naziri Benyamin Netanyahunun qondarma “Böyük İsrail” bəyanatlarını rədd edib və bu açıqlamaların ərəb ölkələrinin milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu bildirib. Əmmanda İordaniya kralı II Abdullah və hökumət rəsmiləri ilə görüşən Salam qeyd edib ki, Livan digər ərəb və islam ölkələri ilə birlikdə Netanyahunun “Böyük İsrail” planını qətiyyətlə rədd edir. Onun sözlərinə görə, İsrailin bəyanatları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Baş nazir həmçinin Qəzzada davam edən zorakılıqları, məcburi köçkün siyasətini və fələstinlilərə qarşı qətliamları pisləyərək, beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumağa çağırıb. İordaniya kralı II Abdullah isə görüş zamanı Livanın təhlükəsizliyi və suverenliyinin qorunmasında dəstəyini ifadə edib, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Hizbullahın Livanda və bölgədəki rolu uzun illər ərzində həm regional, həm də beynəlxalq siyasətin mərkəzində olub. Təşkilatın silahlı qüvvələrinin tərksilah olunması və siyasi inteqrasiyası məsələsi təkcə İsrailin deyil, həm də Livan hökumətinin prioritet hədəflərindən biridir.
İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.
Livan hökuməti, beynəlxalq təzyiqlərin artması fonunda Hizbullahın silahsızlaşdırılması məsələsini gündəmə gətirərək, bu prosesin icrası üçün yeni addımlar atmağa çalışır