#Rusiya-Ukrayna müharibəsinin sonu

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfər edərək sülh danışıqlarına başlayıb. Hazırda o, Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqla görüş keçirir. ABŞ prezidenti Donald Tramp bugünkü görüşlə bağlı “Ağ Evdə böyük bir gündür. Daha əvvəl heç vaxt bu qədər çox Avropa lideri bir araya gəlməmişdi. Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik” - deyərək, tarixi zirvənin əhəmiyyətini vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb. Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib. "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.

Tramp, Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi sammitin nəticələri barədə Zelenskiyə məlumat verərək Moskvanın cəbhə xəttinin dondurulması müqabilində Ukrayna ordusunun Donbasdan çıxarılmasını təklif etdiyini söyləyib. Məlumata görə, Zelenski bu şərti qəbul etməyib və bildirib ki “bu, mümkün deyil.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşü müsbət qiymətləndirib. Bu barədə Ərdoğanın verdiyi açıqlamada deyilir.