Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail naziri Sinvarın cəsədinin yandırılmasını təklif edib

    21 Oktyabr 2025 10:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail naziri Sinvarın cəsədinin yandırılmasını təklif edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin nəqliyyat və rabitə naziri Miri Reqev, HƏMAS-ın Qəzzadakı keçmiş lideri Yəhya Sinvarın cəsədinin yandırılmasını təklif edib.

    AzerVoice xəbər verir ki, nazir bu fikri hökumətin təhlükəsizlik kabinetinin son iclasında səsləndirərək bildirib ki, “bəzən elə simvollar olur ki, onların geri qaytarılması yolverilməzdir.”

    Reqev iclasda ABŞ-ın 2011-ci ildə “Əl-Qaidə” lideri Üsama bin Ladeni öldürüb cəsədini dənizə atmasına istinad edərək deyib: “Mən təklif etdim ki, biz də Sinvara, Bin Ladenlə amerikalıların etdiyini edək.”

    Yedioth Ahronoth qəzetinin məlumatına görə, Miri Reqevin təklifi hazırda İsrailin təhlükəsizlik orqanları tərəfindən dəyərləndirilir.

    Sinvarın ölümü

    HƏMAS-ın keçmiş Qəzza lideri Yəhya Sinvar 2024-cü ilin 16 oktyabrında İsrail ordusunun Qəzza müharibəsi çərçivəsində Rəfah şəhərində keçirdiyi əməliyyat zamanı təsadüf nəticəsində öldürülüb. O, 7 oktyabr hücumlarından sonra İsrailin bir nömrəli axtarılan şəxsi sayılırdı.

    Sinvarın kimliyi diş qeydləri və DNT testləri vasitəsilə təsdiqlənib. İsrail rəsmiləri onun ölümünü əməliyyatdan qısa müddət sonra rəsmi şəkildə açıqlayıb.

    HƏMAS-ın nümayəndələri Misirin Şarm əl-Şeyx şəhərində keçirilən son əsir mübadiləsi və atəşkəs danışıqları zamanı İsraildən Yəhya və Məhəmməd Sinvar qardaşlarının cəsədlərinin təhvil verilməsini tələb etmişdi. Lakin İsrail bu tələbi qəti şəkildə rədd edib.

    #HƏMAS #Yəhya Sinvar #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #HƏMAS İsrail hücumu #İsrail hücumu HƏMAS #İsrail HƏMAS sui-qəsd #HƏMAS İsrail danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    27 Avqust 2026 21:26

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    27 Avqust 2026 13:27

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53

    İsrail ordusu Qəzzada HƏMAS-a aid olduğunu bildirdiyi silah anbarlarını vurub

    24 Avqust 2026 22:40

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    22 Avqust 2026 09:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.