İsrail Mərkəzi Bankı xarici valyuta bazarına müdaxilə etməyə tələsmədiyini açıqlayıb. Qurumun sədr müavini Endryu Abir bildirib ki, güclənən şekel inflyasiyanın nəzarətdə saxlanılmasına kömək edir. O, eyni zamanda bazarların geosiyasi vəziyyətlə bağlı həddindən artıq nikbin davrandığını vurğulayıb. Dollar/şekel məzənnəsi hazırda 1993-cü ildən bəri ən aşağı səviyyələrdən birində qərarlaşıb.
#İnflyasiya və pul siyasəti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən TİM-in 32-ci Baş Assambleyasında çıxış edərək inflyasiya ilə mübarizənin davam edəcəyini və 2025-ci ilin sonuna qədər inflyasiyanın 20 faizlərə enəcəyini gözlədiklərini bildirib.
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək artan geosiyasi gərginlik fonunda Hörmüz boğazının bağlanması ilə bağlı yayılan ssenariləri təkzib edib və iqtisadi sabitliyin qorunduğunu bildirib.