#Kimyəvi məhsulların ticarəti

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz azalaraq, 577 milyon 429 min 95 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalaraq, 48 milyon 542 min 75 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.

Türkiyə 2025-cü ilin avqust ayında Misir kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,8 faiz azalaraq, 41 milyon 776 min 94 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misir kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalaraq, 409 milyon 247 min 13 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.

Bu ilin yanvar-iyul ayında Türkiyə limanlarından 9 milyon 102 min 269 ton kimyəvi məhsul daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 573 min 379 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 528 min 890 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq 37 min 328 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdən bildiriblər. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.