Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyə limanları ilə 9 milyon tondan çox kimyəvi məhsul daşınıb (ÖZƏL)

    26 Avqust 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə limanları ilə 9 milyon tondan çox kimyəvi məhsul daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Bu ilin yanvar-iyul ayında Türkiyə limanlarından 9 milyon 102 min 269 ton kimyəvi məhsul daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 573 min 379 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 528 min 890 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

    “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq 37 min 328 ton kimyəvi məhsul daşınıb”- deyə nazirlikdən bildiriblər.

    Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 287 min 126 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 304 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin iyul ayında Türkiyə limanlarından 5 milyon 529 min 163 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanları 243 milyon 740 min 27 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 980 min 866 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 226 milyon 759 min 161 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.

    Qeyd edək ki, Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub.

    2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #yük daşıma #kimyəvi məhsullar #kimyəvi məhsul ixracı #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə kimyəvi maddə ixracı #Kimyəvi məhsulların ticarəti #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    16 Avqust 2026 09:30

    Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 18:00

    İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 16:08

    Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 18:00

    Türkiyə limanlarına iyulda 6 mindən çox gəmi daxil olub (ÖZƏL)

    10 Avqust 2026 16:00

    BƏƏ-dən Türkiyə limanlarına 223 min tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 14:00

    Türkiyə limanları iyulda 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    10 Avqust 2026 12:45

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 12:00

    Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 10:05

    Antalya limanında "yük" partlayışı - 2 milyon tonu kim daşıdı? (ÖZƏL)

    28 İyul 2026 14:00
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.