#Əbu-Dabi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib. Görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 21-22-də Al-Faysal Universitetində Yaxın Şərq Terapevtik Radiasiya Onkologiyası Cəmiyyətinin dördüncü konfransı keçiriləcək. Tədbirdə Krallıqdan və digər ölkələrdən olan mütəxəssislər, tədqiqatçılar, beynəlxalq dərman və tibbi texnologiya şirkətləri iştirak edəcək. Konfransın əsas mövzuları süni intellektin tətbiqi və müasir xərçəng müalicəsi texnologiyaları olacaq.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, idarəetməsində olan məcmu aktivlərin həcmi 10 trilyon ABŞ dollarını ötən, dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirən yeganə beynəlxalq platforma olan Suveren Fondların Beynəlxalq Forumu (SFBF) tərəfindən Əbu-Dabi şəhərində təşkil edilən və "Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması"na həsr olunmuş illik iclasda iştirak edir.