Türkiyədə elektrikli avtomobil bazarı son illərdə rekord sürətlə böyüyür. Enerji və avtomobil sənayesindən verilən rəsmi məlumatlara görə, ölkədə ən çox satılan elektrikli avtomobil markası TOGG olub. Yerli istehsalçı olması ilə diqqət çəkən TOGG, həm milli texnologiya, həm də “yaşıl enerji” siyasətinin simvoluna çevrilib. İki il öncə Türkiyədə cəmi 15 min elektrikli avtomobil mövcud idisə, bu gün bu rəqəm 300 minə çatıb. Ekspertlərə görə, bu dinamika həm dövlətin tətbiq etdiyi stimullaşdırıcı siyasətlə, həm də ictimaiyyətin ekoloji təmiz və qənaətcil nəqliyyata artan marağı ilə bağlıdır.