#Beynəlxalq əməkdaşlıq

Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir.

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Tədqiqat Məktəbi: gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” layihəsinin açılış tədbiri keçirilib.

Azərbaycan Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformunun Baş katibi Azer Allahveranov TÜMER heyətini qəbul edib. Görüşdə Türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Türk dünyasında həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub.

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bildirib ki, 2025-ci ildə xaricə qanunsuz çıxarılan 180 mədəniyyət nümunəsi Türkiyəyə qaytarılıb. 2002–2025-ci illər arasında isə ümumilikdə qaytarılan mədəniyyət nümunələrinin sayı 13 448-ə çatıb. Nazir qeyd edib ki, Mədəniyyət Varlıqları və Muzeylər Baş İdarəsinin Qanunsuzluqla Mübarizə Şöbəsi vasitəsilə mədəni irsin qorunmasına dair fəaliyyətlər 2025-ci ildə də konkret nəticələrlə davam etdirilib. Xaricə çıxarılan mədəni nümunələr elmi, hüquqi və diplomatik yolla tək-tək müəyyən edilərək ölkəyə gətirilir, muzeylər, hərrac evləri və kolleksiyalar diqqətlə yoxlanılır, beynəlxalq əməkdaşlıqlar və hüquqi proseslər isə ardıcıl aparılır.

Özbəkistan və Türkiyə Özbəkistan bazarında türk investisiyaları və kapital iştirakını artırmaq imkanlarını müzakirə ediblər. Bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat verib. Məsələ Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin nümayəndələri, Özbəkistanın Türkiyədəki səfirliyinin rəsmi şəxsləri və Özbəkistanda fəaliyyət göstərən türk işgüzar dairələrinin nümayəndələri arasında keçirilən görüş zamanı qaldırılıb.

G7 ölkələrinin xarici işlər nazirləri, qlobal məsələləri müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə Kanadanın ev sahibliyi etdiyi zirvə görüşündə bir araya gəlir. Kanada hökumətinin açıqlamasına görə, zirvə Kanada, ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Avropa İttifaqının (AB) nümayəndələrini bir araya gətirir. Ontario əyalətinin Niagara bölgəsində iki gün davam edəcək görüş, qlobal məsələlərin müzakirəsi və ölkələr arasındakı əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisi üzrə bütün mərhələlərdə dəstək göstərəcəyini təsdiqləyib. Görüşdə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev və MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyanın tikintisi, nüvə infrastrukturu, eləcə də nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı və səhiyyədə tətbiqi məsələlərini müzakirə ediblər.