Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb

    20 Aprel 2026 11:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Tədqiqat Məktəbi: gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” layihəsinin açılış tədbiri keçirilib.

    VOA xəbər verir ki, layihəyə Azərbaycan Texniki Universiteti ev sahibliyi edib.
    Tədbirdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin təmsilçiləri, layihə komandası, ekspertlər və gənc tədqiqatçılar iştirak ediblər.

    Açılış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, Nazirlik tərəfindən hər il ictimai birliklər üçün qrant müsabiqələri elan olunur və bu müsabiqələr çərçivəsində əsasən nazirliyin ümumi strateji hədəflərinə və prioritet istiqamətlərinə uyğun layihələr maliyyələşdirilir. O vurğulayıb ki, elm və ali təhsil sahəsində həyata keçirilən islahatlar davamlı xarakter daşıyır və hər gün daha da təkmilləşdirilir. Səbuhi Rzayev qeyd edib ki, universitetlərdə innovasiya istiqamətində fəaliyyətin gücləndirilməsi, tədqiqat mühitinin optimallaşdırılması və gənc alimlərin elmi proseslərə cəlb olunması baxımından bu kimi layihələr xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “Tədqiqat Məktəbi” layihəsi gənc tədqiqatçıların sahə işi aparmasına, elmi bacarıqlarını inkişaf etdirməsinə və elm-innovasiya ekosistemində daha fəal iştirakına mühüm töhfə verəcək.

    Layihəyə ev sahibliyi edən Azərbaycan Texniki Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, texnika elmləri doktoru, professor Sübhan Namazov çıxışında bildirib ki, müasir dövrdə ali təhsil müəssisələrinin funksional modeli dəyişir və universitetlərin əsas missiyası artıq yalnız tədrislə məhdudlaşmır. Onun sözlərinə görə, ali təhsil müəssisələrində tədqiqatların aparılması, innovasiyaların təşviqi və tətbiqi prioritet vəzifələr sırasındadır. Sübhan Namazov vurğulayıb ki, gənc alimlərə Elm və Təhsil Nazirliyi, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən göstərilən dəstək onların elmi fəaliyyətə daha inamla başlamasına və inkişaf etməsinə geniş imkanlar yaradır. O, layihə iştirakçılarına proqramın imkanlarından səmərəli yararlanmağı tövsiyə edib, tədqiqat işinin aparılmasında ardıcıllığın, sistemli yanaşmanın və elmi intizamın vacibliyini diqqətə çatdırıb. Professor həmçinin gənc alimlərin öz sahə işlərini peşəkar şəkildə həyata keçirərək Azərbaycan universitetlərinin elmi potensialına mühüm töhfələr verəcəklərinə inandığını bildirib və layihənin fəaliyyətinə uğurlar arzulayıb.

    Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov çıxışında qeyd edib ki, “Tədqiqat Məktəbi” layihəsinin müəyyən etdiyi meyarlar və təqdim etdiyi imkanlar gənc alimlər üçün mühüm fürsətdir. O bildirib ki, Agentlik elmi tədqiqatların inkişafına dəstək göstərmək məqsədilə müxtəlif alətlərdən istifadə edir və bu istiqamətdə ən mühüm məsələlərdən biri tədqiqatçıların akademik resurslara çıxış imkanlarının genişləndirilməsidir. İltifat İbrahimov vurğulayıb ki, ödənişli akademik informasiya bazaları ilə milli müqavilələr mövcuddur və tədqiqatçılar istənilən vaxt müraciət etməklə bu imkanlardan yararlana bilərlər. O, həmçinin qeyd edib ki, Cambridge University Press ilə bağlanmış müqaviləyə əsasən, 2026–2028-ci illər ərzində həmin nəşriyyatda yer alan 425 jurnalda məqalələrin ödənişsiz dərc olunması imkanı mövcuddur. Bildirilib ki, bu imkanlardan yararlanmaq üçün 140 müəssisə üzrə çıxış açıqdır. İltifat İbrahimov gənc doktorantlara yeni tədqiqat mövzularının müəyyənləşdirilməsi, beynəlxalq elmi platformalarda iştirak, eləcə də Q1 və Q2 kateqoriyalı jurnallarda nəşr imkanları ilə bağlı fikir və tövsiyələrini bölüşüb.

    Tədbirdə çıxış edən “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyinin rəhbəri Hümmət Əliyev bildirib ki, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində icra olunan bu layihə gənc alimlərin elmi potensialının üzə çıxarılması, onların akademik inkişafına sistemli dəstək verilməsi və beynəlxalq elmi mühitə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihə çərçivəsində yaradılan mentorluq və tədqiqat platforması iştirakçıların gələcək elmi fəaliyyətinə möhkəm zəmin formalaşdıracaq.
    Layihə rəhbəri Mingəçevir Dövlət Universitetinin Layihələr üzrə koordinatoru Aynur Araz çıxışında bildirib ki, layihəyə ümumilikdə 647 doktorant müraciət edib. Seçim mərhələsinin nəticələrinə əsasən, 35 nəfər gənc alim proqramda iştirak hüququ qazanıb. Layihə gənc tədqiqatçılara elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək, akademik yazı və tədqiqat metodologiyası üzrə praktiki biliklər əldə etmək, beynəlxalq elmi əməkdaşlıq və mentorluq imkanlarını genişləndirmək, həmçinin beynəlxalq elmi mühitə çıxış qazanmaq imkanı yaradacaq. O qeyd edib ki, proqramın əsas məqsədi gənc alimlərin yalnız nəzəri hazırlığını deyil, eyni zamanda onların tədqiqat prosesində praktik səriştələrini artırmaq, elmi fəaliyyətə sistemli yanaşmanı gücləndirmək və gələcək akademik uğurları üçün dayanıqlı platforma formalaşdırmaqdır.

    Layihənin təlimçisi Rasim Həsənzadə proqramın məzmunu barədə ətraflı məlumat verərək bildirib ki, iştirakçılar tədqiqat metodologiyası üzrə intensiv təlimlərə, akademik yazı, istinad sistemi və elmi nəşr standartları üzrə praktiki məşğələlərə cəlb olunacaqlar. Onun sözlərinə görə, proqram çərçivəsində Türkiyə və Çin universitetlərindən cəlb olunacaq mütəxəssislərlə beynəlxalq mentorluq sessiyaları təşkil ediləcək, tematik seminarlar və ustad dərsləri keçiriləcək, elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallara təqdim olunması üçün metodiki dəstək göstəriləcək. Rasim Həsənzadə vurğulayıb ki, bu proqram iştirakçıların tədqiqatı planlaşdırmaq, elmi mətni düzgün qurmaq və nəticələri beynəlxalq standartlara uyğun təqdim etmək bacarıqlarının formalaşmasına xidmət edir.

    Layihənin eksperti Vaqif Fətullayev çıxışında qeyd edib ki, uğurlu elmi fəaliyyət üçün mövzu seçiminin düzgün əsaslandırılması, metodoloji dəqiqlik, mənbələrlə sistemli iş və elmi etikaya riayət edilməsi əsas şərtlərdən biridir. O bildirib ki, layihə gənc alimlərə tədqiqat prosesinin bütün mərhələlərini daha dərindən mənimsəməyə, ideyanı elmi nəticəyə çevirmək üçün zəruri yanaşmaları praktik müstəvidə tətbiq etməyə kömək edəcək.

    MetaWay şirkətinin direktoru və təsisçisi, tədqiqatçı Mehriban Məlikova isə çıxışında elm, texnologiya və innovasiyanın qarşılıqlı əlaqəsinin gücləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, gənc alimlərin beynəlxalq düşüncə tərzi ilə yetişməsi, tədqiqat nəticələrinin tətbiq yönümlü istiqamətə daşınması və müasir elmi yanaşmaların mənimsənilməsi gələcək inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
    Tədbirin sonunda qeyd olunub ki, “Tədqiqat Məktəbi: gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” layihəsi ölkədə gənc tədqiqatçıların elmi potensialının gücləndirilməsi, beynəlxalq akademik əlaqələrinin genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması istiqamətində mühüm təşəbbüslərdən biridir. Layihənin növbəti mərhələlərində iştirakçıların nəzəri və praktik biliklərinin daha da inkişaf etdirilməsi, onların beynəlxalq elmi mühitə inteqrasiyasına dəstək göstərilməsi nəzərdə tutulur.

    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    Tədqiqat Məktəbi layihəsinin açılışı keçirilib – gənc alimlər üçün beynəlxalq mentorluq proqramı start götürüb
    #Beynəlxalq əməkdaşlıq #elmi tədqiqat proqramı #gənc alimlər #akademik mentorluq #universitet layihələri #innovasiya və təhsil #Azərbaycanda gənc alimlər üçün mentorluq proqramları #beynəlxalq akademik tədqiqat layihələrinin inkişafı #universitetlərdə elmi innovasiya mühitinin gücləndirilməsi #doktorantlar üçün beynəlxalq nəşr imkanları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

    4 İyun 2026 18:51

    Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi

    2 İyun 2026 18:01

    Türkiyə Əlcəzairlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə çalışır - Ərdoğan

    29 May 2026 17:40

    İran rəsmisinin Moskva səfəri hansı mesajları verir?

    26 May 2026 19:11

    Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

    23 May 2026 18:52

    İranın Xarici İşlər Naziri BMT təhlükəsizlik şurasının iclasına dəvət olunub

    20 May 2026 19:28

    G7 ölkələri Hörmüz boğazının yenidən açılmasının vacibliyini bəyan edib

    19 May 2026 20:05

    Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığı müzakirə edilib

    18 May 2026 19:14

    Azərbaycan və Yunanıstan əməkdaşlığın inkişafını müzakirə edib

    12 May 2026 18:49

    İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb

    4 May 2026 22:49

    Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır (TAM BƏYANAT)

    4 May 2026 22:40

    TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər

    16 Aprel 2026 10:55
    XƏBƏR LENTİ

    Türkiyə nazirinin Qüds valisi olmaq arzusu İsraildə gərginlik yaradıb

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    Hafiz Əsəd Livanı Tehrana necə hədiyyə etdi – faktlar və tarixi sənədlər

    İran-İsrail qarşıdurmasında yeni mərhələ: Yaxın Şərq yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.