#Suriya münaqişəsi və Türkiyənin rolu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən Suriya ilə bağlı mühüm mesajlar verib. O, Suriya Demokratik Qüvvələri (SDQ) ilə Şam rəhbərliyi arasında mümkün inteqrasiya, bölgədə sabitliyin bərpası və Türkiyənin diplomatik səyləri haqqında danışıb. Ərdoğan bildirib ki, Suriyada birlik və əmin-amanlığın təmin olunması, ölkə daxilində davamlı sülhün qurulması Türkiyənin əsas prioritetlərindəndir.“Şu anda Suriyada birlik və bərabərliyin təmin olunması, daimi sülhün hər guşədə hökm sürməsi bizim ən böyük arzumuzdur. Bunun üçün Suriya xalqının yanında olmağa davam edirik.”

Müşahidəçilərə görə, Hizbullah hökumət qərarını pozmaq və xalqı öz ətrafında toplamaq üçün xarici eskalasiyaya ehtiyac duyur. Bu isə ya İsraillə, ya da Suriya ilə toqquşma deməkdir. Lakin İsraillə qarşıdurma ehtimalı son dövrdə təşkilatın hərbi-siyasi rəhbərlərinə vurulan ağır zərbələr səbəbilə real görünmür. Hətta məhdud əməliyyatlar belə İsraildən daha sərt cavab alma ehtimalını gücləndirir. Buna görə də hizb üçün Suriyanı hədəfə almaq və ictimaiyyətin diqqətini oraya yönəltmək daha mümkün seçimə çevrilib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələrinin (SDQ,PKK-nın Suriya qolu) mövqelərinə dair yeni bəyanat yayıb. Rəsmi açıqlamada vurğulanıb ki, SDQ silahsızlanma və Suriya dövlətinə inteqrasiya ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir. Nazirliyin sözlərinə görə, bu hal həm Suriyanın siyasi birliyi və ərazi bütövlüyünü, həm də Türkiyənin milli təhlükəsizliyini ciddi şəkildə təhdid edir. “SDQ terror təşkilatı Suriya ordusuna inteqrasiya prosesinə əməl etməli, Suriyanın siyasi birliyi və torpaq bütövlüyünə zərər verə biləcək bütün fəaliyyət və açıqlamalardan imtina etməlidir”-deyə MSB-nin bəyanatında xüsusi olaraq qeyd olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələrinin (TSK) terrorla mübarizədə qətiyyətli fəaliyyətlərini davam etdirdiyini və Suriyadakı əməliyyat bölgələrində indiyədək 580 kilometr uzunluğunda tunelin məhv edildiyini açıqlayıb. Eyni zamanda, TSK inventarına yeni yerli və milli sistemlərin daxil olduğu bildirilib. Nazirlik tərəfindən keçirilən həftəlik mətbuat brifinqində terrorla mübarizə, sərhəd təhlükəsizliyi, beynəlxalq missiyalar və müdafiə sənayesindəki son yeniliklər barədə ətraflı məlumat verilib. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, TSK-nın həm ölkə daxilində, həm də sərhəd kənarında terrorçulara qarşı mübarizəsi fasiləsiz davam edir. Son bir həftə ərzində daha bir PKK terrorçusu təslim olub. Suriya əməliyyat bölgələrində, xüsusilə Tel Rıfat və Menbiçdə məhv edilən tunellərin ümumi uzunluğu 580 kilometrə çatıb.

Suriyada baş verən proseslər ciddi narahatlıq doğurur. Suriyada yeni hökumət qurulsa da, bəzən kəskinləşən mübarizə hələ də davam edir. Türkiyənin bu məsələyə reaksiyası isə diqqət mərkəzindədir. Suriyada vəziyyətin düzəlməsinə yardım etmək üçün Türkiyə ordusunun genişmiqyaslı hərbi əməliyyat aparacağı artıq real və gözlənilən bir haldır.

Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani Ankarada Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında İsrailin regiondakı fəaliyyətlərini sərt tənqid edib.Nazir Şeybani bildirib ki, əvvəlki illərdə olduğu kimi, İsrailin təkrarlanan təhdidləri bu gün də Suriyanın suverenliyini hədəf alır və vətəndaşların təhlükəsizliyini ciddi risk altına salır.Suriya rəsmisi həmçinin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, ölkə daxilində işlər balanslı və praktik şəkildə davam etdirilir.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ilə keçirdiyi görüşdən sonra bəyanatla çıxış edib. Nazir Fidan çıxışında Suriyada yeni bir dövrün başladığını bildirib. Onun sözlərinə görə, bu yeni prosesdən narahat olan bəzi qüvvələr vəziyyəti mənfi istiqamətə yönəltməyə çalışır. Fidan bildirib ki, Süveyda bölgəsində baş verən hadisələrdə əsas rol oynayan qüvvələrdən biri İsraildir və İsrail bölgədə nüfuzunu genişləndirməyə çalışır.

Xarici İşlər Nazirliyi Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin bu gün Türkiyəyə səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, son aylarda Ankara və Dəməşq arasında əlaqələrin normallaşdırılması istiqamətində intensiv diplomatik danışıqlar aparılır.

Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, xarici işlər naziri Fidanın Suriya prezidenti Şara ilə görüşündə Əsəd rejiminin devrilməsindən sonrakı 8 ay ərzində Türkiyə ilə Suriya arasında əlaqələrin müxtəlif sahələrində əldə edilən irəliləyişlərin qiymətləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi gözlənilir.