#Türkiyə ticarət daşımaları

Bu ilin yanvar ayında Türkiyə limanlarından 8 milyon 580 min 516 ton neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 501 min 881 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 8 milyon 78 min 635 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 2 milyon 901 min 538 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

2025-ci ilin yanvar-avqust ayında Türkiyənin Mersin limanı 2 min 568 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Mersin limanı Türkiyə bayrağı altında üzən 395, digər ölkələrin bayraqları altında üzən 2 min 173 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyə limanları 32 milyon 615 min 444 ton yük qəbul edib.