#Türkiyə yük daşımaları

Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib. Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub. 2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib. “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.

2025-ci ilin iyul ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 731 min 862 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz azalaraq, 1 milyon 466 min 677 nəfər, beynəlxalq reyslər üzrə isə 33 faiz artaraq 265 min 185 nəfər təşkil edib. 2025-ci ilin iyul ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 17 min 595 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq, 12 min 610 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 25 faiz artaraq, 4 min 986 ton təşkil edib.

Bu ilin yanvar-iyun ayında Türkiyə limanlarından 277 min 310 ton təbii, 3 milyon 797 min 163 ton isə kimyəvi olmaqla ümumilikdə 4 milyon 180 min 988 ton gübrə daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 55 min 208 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 4 milyon 125 min 780 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.