Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Yunanıstandan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    28 İyul 2025 17:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yunanıstandan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    2025-ci ilin yanvar- iyun aylarında Yunanıstandan Türk limanlarına 3 milyon 848 min 965 ton yük daşınıb.

    Bu barədə AzerVoice- a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Yunanistandan Türkiyə limanlarına 317 min 964 ton yük daşıyıb.

    “Bu ilin yanvar- iyun aylarında Yunanistandan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 436 min 390 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

    Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Yunanistandan Türkiyəyə Yunanistan bayrağı ilə üzən gəmilərlə 94 min 611 yük çatdırılıb.

    2025-ci ilin yanvar- iyun aylarında Yunanistandan Türkiyə limanlarına 212 min 439 ton tranzit yük daşınıb.

    Qeyd edək ki, 2025-ci ilin iyun ayında Türkiyə limanları 33 milyon 433 min 627 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 234 min 521 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 199 min 106 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 868 min 760 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanları 208 milyon 148 min 523 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 693 min 740 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 193 milyon 454 min 783 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanlarından 34 milyon 605 min 110 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 779 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 61 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 718 olub.

    2025-ci ilin yanvar - iyun ayında Türkiyə limanları 29 min 446 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 880, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 564 olub”, - deyə nazirlikdən bildirilib.

    #Yunanıstan #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Türkiyə yük daşımaları #Türkiyə gəmiləri #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə bayrağı altında gəmilər #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #Türkiyə limanlarının statistikası #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    16 Avqust 2026 09:30

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 18:00

    İraqdan Türkiyə limanlarına 1 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Avqust 2026 16:08

    Əlcəzairdən Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 18:00

    Türkiyə limanlarına iyulda 6 mindən çox gəmi daxil olub (ÖZƏL)

    10 Avqust 2026 16:00

    BƏƏ-dən Türkiyə limanlarına 223 min tondan çox yük daşınıb (ÖZƏL)

    10 Avqust 2026 14:00

    Türkiyə limanları iyulda 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    10 Avqust 2026 12:45

    Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 16:00

    Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

    29 İyul 2026 14:00

    İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

    29 İyul 2026 12:00
    XƏBƏR LENTİ

    Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

    Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

    İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər

    İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir

    Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb

    Vanuatu Metyu və Hanter adaları mübahisəsini məhkəməyə çıxarıb

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.