#Regional təhlükəsizlik

ABŞ və İran arasında bölgədəki gərginliyi müvəqqəti dayandıran atəşkəs müddətinin uzadılması istiqamətində prinsipial razılıq əldə olunub. Aprelin 22-də başa çatması gözlənilən iki həftəlik atəşkəsin müddətinin artırılması diplomatik danışıqların daha da dərinləşdirilməsinə xidmət edir. Regional mənbələrin verdiyi məlumata görə, tərəflər nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və müharibə təzminatları kimi mübahisəli mövzular üzərində müzakirələri davam etdirmək niyyətindədirlər.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son vəziyyət, tətbiq edilən sanksiyalar və regional təhlükəsizlik məsələlərinə dair kəskin bəyanatlarla çıxış edib. VOA xəbər verir ki, prezident bildirib ki, İrana qarşı yeni blokada bazar ertəsi günündən etibarən qüvvəyə minəcək və digər dövlətlər də İranın neft satışının qarşısını almaq üçün fəal iş aparırlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi məlumata görə, Ərdoğan regionda sabitliyin təmin olunması üçün diplomatik fürsətlərin vacibliyini vurğulayıb. Prezident Ərdoğan danışıq zamanı qeyd edib ki, hazırda davam edən sülh danışıqlarından regionda daimi sülh və sabitliyə nail olmaq üçün maksimum dərəcədə istifadə edilməlidir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilmiş iki həftəlik müvəqqəti atəşkəs qərarını yaxından izlədiyini bəyan edib. Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşması ilə bağlı rəsmi mövqeyini açıqlayıb. BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir ki, rəsmi Əbu-Dabi İranın bölgədəki hərbi əməliyyatları dayandırması və Hörmüz boğazının qeyd-şərtsiz yenidən açılması öhdəliklərini təmin etmək üçün sazişin bəzi müddəalarına aydınlıq gətirilməsini tələb edir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda gərginliyin hərbi qarşıdurma həddinə çatdığı bir vaxtda Birləşmiş Krallığın xarici işlər naziri İvet Kuper ilə mühüm telefon danışığı aparıb. Görüşdə əsas diqqət regionu bürüyən müharibənin dayandırılması və beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində atılacaq təcili addımlara yönəlib.

İsraildə yayımlanan Kanal 15 televiziya kanalının məlumatına görə, ölkə ordusunda xidmət edən 4 hərbçi İran adına casusluq fəaliyyəti ilə bağlı ittihamlar əsasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumata əsasən, saxlanılan hərbçilərdən bəzilərinin vəkillərlə görüşünə icazə verilməyib və bütün şübhəlilərin saxlanılma müddəti uzadılıb. Bildirilir ki, hadisə İsrail təhlükəsizlik qurumlarında narahatlıq doğuran yeni casusluq hadisəsi kimi qiymətləndirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon əlaqəsi saxlayıb. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, tərəflər regional və qlobal məsələləri, eləcə də Alyansı maraqlandıran strateji mövzuları ətraflı mühakimə ediblər. Prezident Ərdoğan danışıq zamanı İrana qarşı hərbi müdaxilə ilə başlayan prosesin artıq "geostrateji çıxılmaz vəziyyətə" sürükləndiyini vurğulayıb. O, beynəlxalq birliyi bu müharibəni dayandırmaq üçün səyləri artırmağa çağırıb. Ərdoğan həmçinin NATO-nun Türkiyənin hava hücumundan müdafiəsinə verdiyi dəstəyin Alyansın çəkindiricilik gücünü bir daha nümayiş etdirdiyini qeyd edib.

Dünyanın aparıcı müsəlman ölkələri İsrail Knessetinin işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı ölüm hökmünün tətbiqinə imkan verən yeni qanun qəbul etməsini kəskin şəkildə pisləyib. Səudiyyə Ərəbistanı, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri bu barədə birgə bəyanat yayıblar.