Türkiyənin 38 şəhərində son bir həftə ərzində aparılan əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan və təşkilata maliyyə dəstəyi göstərdiyi müəyyən edilən 161 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama yayaraq, əməliyyatların detallarını ictimaiyyətlə bölüşüb.
#Terrorla mübarizə
Bahçeli yazılı açıqlamasında, “Türk milləti 103 il əvvəl qanı və canı ilə düşmənsiz Türkiyəyə nail oldu, indi də Allahın izni ilə terrorsuz Türkiyəyə çatacaq,” – deyə qeyd edib. O, daxili və xarici düşmənçiliklərin terrorsuz Türkiyə ilə təsirini itirəcəyini vurğulayıb. Bahçeli, avqust ayının Türk milləti üçün zəfər ayı olduğunu, 26 avqust 1922-ci ildə başlayan Böyük Hücumun 30 avqustda zəfərlə taclandığını xatırladıb. O, bu qələbənin strateji hazırlıq, siyasi taktika və müstəqillik ehtirası ilə əldə edildiyini, Türk millətinin birliyi və şəhidlərin qanı ilə möhkəmləndiyini bildirib.
Türkiyənin Ədirnə vilayətində ölkədən qaçmağa cəhd edən 4 FETÖ üzvü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbs edilib.Ədirnə İl Jandarma Komandanlığı qrupları tərəfindən aparılan əməliyyat nəticəsində FETÖ üzvləri olduğu müəyyən edilən S.S.Y., H.B., S.Y. və H.S.E. adlı şəxslər Uzunköprü rayonunun Balaban kəndində ölkədən qaçmağa hazırlaşarkən yaxalanıb. İstintaq prosesindən sonra şübhəlilər Uzunköprü Ədliyyəsinə sövq edilib və hakim qərarı ilə həbs olunub.
“Terrorsuz Türkiyə” prosesinin heç bir mərhələsində terror təşkilatı ilə danışıqlar aparılmayıb və bundan sonra da aparılmayacaq. Bunu Türk Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Malazgirt Zəfərinin 103-cü ildönümü münasibətilə Afyonkarahisar şəhərində qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.
“Terrorsuz Türkiyə” dövründə qarşımızdakı qızıl fürsət itirilməməli, qardaşlıq ruhu və milli birliyimiz zədələnməməlidir. Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib. Bahçeli çıxışında Türk millətinin tarix boyu mədəniyyətin daşıyıcısı olduğunu vurğulayıb və millətin birliyindən narahat olan dairələrin planlarına diqqət çəkib.
Ərdoğan terrordan azad Türkiyə hədəfinə qətiyyətlə irəlilədiklərini vurğulayıb. O, ölkənin heç bir tələ və hiyləyə uymayacağını, birlik və bərabərliyin qorunacağını qeyd edərək, bu yolda qərarlı addımlar atılacağını bildirib. Ərdoğan çıxışında, “Uğur birliyimizdən gəlir. Şəhidlərimizin mirası olan bu vətəni gələcək nəsillər üçün də qoruyub yaşatacağıq,” deyərək, Türkiyənin tarixdə “Türkiyə Əsri” kimi yer alacağına inamını ifadə edib. Prezident həmçinin terrorsuz Türkiyə hədəfinin son mərhələsinə çatdıqlarını və bu hədəfə nail olmaq üçün birliyin gücünün əhəmiyyətini vurğulayıb. “Biz parlaq bir Türkiyə quracağıq və heç kimin qurduğu tələlərə düşməyəcəyik,” - deyə əlavə edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrordan Azad Türkiyə” prosesi ilə bağlı çıxış edib. Kurtulmuş TBMM Fəxri Salonunda keçirilən “Trabzona İstiqlal Medalının Təqdimetmə Mərasimi”ndə çıxış edib. O, “Prosesdə terror təşkilatı ilə heç bir danışıqlar aparılmayıb, olmayacaq da. Şəhidlərimizin ruhuna zərər verəcək heç bir addım atılmayıb, olmayacaq” - deyə qeyd edib.
Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan, Xalq Alyansının terrorla mübarizə prosesində atdığı addımlar barədə danışaraq, terrordan azad bir Türkiyənin qurulmasının “tarixi vəzifə” olduğunu bildirib. “Hər mövzuda həmfikir olmaq məcburiyyətində deyilik, amma terrordan azad bir Türkiyəni gerçəkləşdirməyə borcluyuq. Bu prosesə töhfə verən hər kəsin adı tarixə həkk olunacaq. Populist çıxışlarla prosesi pozanları isə nə xalq, nə də gələcək nəsillər bağışlayacaq”. - deyə Ərdoğan qeyd edib.
Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılan və terrorla mübarizəyə dair strateji təklifləri araşdıracaq “Terrorsuz Türkiyə” Komissiyası sabah, avqustun 5-də yerli saatla 11:00-da ilk iclasını keçirəcək.
Türkiyə parlamentində yaradılacaq komissiya ilə bağlı siyasi partiyalar arasında fikir mübadiləsi aparılıb.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən mərasimdə çıxış edərək, FETÖ ilə mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan AK Partiyanın 32-ci Məşvərət və Qiymətləndirmə Toplantısı çərçivəsində terrora qarşı mübarizə ilə bağlı mühüm açıqlama verib.