Suriyanın Prezidenti Əhməd Əş-Şəraa, Səudiyyə Ərəbistanının region üçün “böyük əhəmiyyətə” malik olduğunu bildirərək, Krallığı “Suriyanın dünyaya açılan açarı” adlandırıb. Əş-Şəraa bu fikirləri 29 oktyabr 2025-ci ildə Ər-Riyadda keçirilən 9-cu “Future Investment Initiative” (FII9) forumunun plenar iclasında səsləndirib. Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman da iştirak edib.
#Suriya siyasi həll
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirib ki, cari ilin əvvəlindən etibarən təxminən 300 min suriyalı qaçqın Livandan öz vətəninə qayıdıb. Anadolu xəbər agentliyinə müsahibəsində UNHCR-in ictimai məlumat üzrə rəsmisi Liza Abu Xalid qeyd edib ki, qurum Livandan Suriyaya könüllü qayıdış proqramını həyata keçirməkdə davam edir. Bu proqram, öz ölkəsinə dönmək istəyən şəxsləri dəstəkləməklə yanaşı, onların qayıtdıqdan sonra cəmiyyətə inteqrasiyasını təmin etmək üçün zəruri yardımı da nəzərdə tutur.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin İraq və Suriyadakı mövcudluğunun səbəbləri artıq bütün dünya tərəfindən məlumdur, lakin müxalifət partiyası CHP (Cümhuriyyət Xalq Partiyası) hələ bunu dərk etməyib. Ərdoğan vurğulayıb ki, CHP məsələnin partiya yox, dövlət işi olduğunu başa düşməyib və son hadisələrin partiyanı da bu həqiqəti anlamağa sövq edəcəyinə inanır.
Dünya Bankı Suriyada münaqişədən sonra yenidənqurma xərclərinin 216 milyard dollar olduğunu açıqlayıb. Bankın yayımladığı "Suriya Fiziki Zərər və Yenidənqurma Qiymətləndirilməsi 2011-2024" hesabatına görə, ölkədə 13 ildən çox davam edən münaqişə nəticəsində infrastruktur və binalara ciddi ziyan dəyib. Hesabatda qeyd edilir ki, Suriya münaqişə əvvəlki ümumi kapital ehtiyatının təxminən üçdə biri zərər görüb. İnfrastruktur ən çox zərər çəkən sahə olub və ümumi zərərin 48 faizini təşkil edir. Hələb, Dəməşq ətrafı və Homs bölgələri ən çox təsirlənən ərazilər kimi göstərilib.
Ankara HƏMAS hərəkatını Trampın təşəbbülünü qəbul etməyə inandırmaq üçün əhəmiyyətli səylər göstərib. Lakin Türkiyənin əldə etdiyi əsas fayda, görünür, sazişin özündən deyil, ABŞ prezidentindən “yaşıl işıq” alaraq “Suriya Demokratik Qüvvələri”nə (SDQ) və bütövlükdə Suriyada hərəkət azadlığını təmin etməsindən ibarətdir.
Suriya Mərkəzi Bankının sədri Əbdülqədir Husariyyə milli valyutanı modernləşdirmək məqsədilə üzərində şəkil və simvol olmayan 6 yeni əskinas seriyasının dövriyyəyə buraxılacağını açıqlayıb. Suriya Mərkəzi Bankının sədri Husariyyə, ölkənin rəsmi xəbər agentliyi SANA-ya verdiyi açıqlamada bildirib ki, yeni əskinaslar kiçik, orta və böyük olmaqla müxtəlif ölçülərdə hazırlanacaq.
Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani bu gün Türkiyəyə səfər edəcək. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan həmkarını qəbul edəcək və daha sonra iki nazir birgə mətbuat konfransı keçirəcəklər. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani bu gün Türkiyəyə işgüzar səfər edəcək.
Suriya Müdafiə Nazirliyi, SDQ (Suriya Demokratik Qüvvələri) adından istifadə edən PKK/YPG terror qruplaşmasının "Suriya ordusunun Hələb ətrafındakı Deyr Hafir bölgəsindəki mülki yaşayış məntəqələrinə hücum etdiyi" iddialarının həqiqəti əks etdirmədiyini bildirib. Nazirliyin yaydığı açıqlamada, SDQ-nin (PKK/YPG) Hələb bölgəsində mülki əhaliyə hücumlar təşkil edildiyi ilə bağlı iddialarının tamamilə əsassız olduğu vurğulanıb.
"Demokratik Güclər" adı altında gizlənən və ABŞ tərəfindən dəstəklənən terror qruplaşması ilə Suriya hökumət qüvvələri arasında toqquşma qaçılmazdır". Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu kürdlərin rəhbərlik etdiyi terrorçu Suriya Demokratik Qüvvələrinin (SDQ) bölmələri ilə Suriya ordusu arasında baş verən insidenti şərh edərkən deyib. Ekspert bildirib ki, Suriya ilə İsrail arasında detalları açıqlanmayan danışıqlar gedir:
Suriya Xalq Məclisinin Ali Seçki Komitəsi, ölkə üzrə müəyyən olunmuş vilayətlərdə Xalq Məclisi üzvlüyünə namizədlərin siyahısını yayımlayaraq seçki kampaniyasının başladığını elan edib. Xalq Məclisinin Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd, Suriyanın rəsmi xəbər agentliyi SANAya verdiyi açıqlamada bildirib ki, ölkə üzrə 50 seçki dairəsində Xalq Məclisinə üzvlük üçün namizədlik müraciəti prosesi dünən etibarilə başa çatıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, 8 dekabr 2024-cü ildən bu günə qədər 509 min 387 suriyalının könüllü şəkildə vətəninə döndüyünü açıqlayıb. Nazir Yerlikaya sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, Türkiyə könüllü geri dönüş prosesində də suriyalıların yanında yer alır. Onun sözlərinə görə, Suriyadakı vəziyyətin dəyişməsi könüllü qayıdışların sürətlənməsinə səbəb olub. Yerlikaya qeyd edib ki, 2016-cı ildən bəri ümumilikdə 1 milyon 249 min 390 suriyalı könüllü şəkildə vətəninə dönüb.
Suriyada 2011-ci ildən bəri qətliamlara rəhbərlik edən devrilmiş rejim lideri Bəşşar Əsəd barəsində qiyabi həbs qərarı verilib. Dəməşq şəhərinin Yeddinci İstintaq Hakimi Təvfiq əl-Ali açıqlamasında bildirib ki, 2011-ci ildə Derada baş verən hadisələrlə bağlı irəli sürülən ittihamlar əsasında Əsədin həbsi barədə qərar qəbul edilib.