Real Madrid-in ulduz futbolçusu Vinicius Junior, yeni müqavilə ilə bağlı danışıqlarda istədiyi şərtlərin yerinə yetirilməməsi halında klubdan ayrılmağı nəzərdən keçirir. Bununla yanaşı, Vinisius dəfələrlə karyerasını “Santyaqo Bernabeu”da davam etdirmək istədiyini vurğulayıb. Cari mövsümə də uğurlu başlayan hücumçu 5 oyunda 3 qol payı ilə yadda qalıb.
#İspaniya
İspaniya La Liqasının 6-cı turunda Barselona səfərdə Valensiyaya qarşı 6:0 hesablı qələbə qazanıb. Matçda baş məşqçi Hansi Flik intizam siyasətini bir daha nümayiş etdirərək braziliyalı ulduz Rafinyanı start heyətindən kənarda saxlayıb, onun yerinə isə 19 yaşlı isveçli vinger Runi Bardghjiyə şans verib.
İspaniyanın baş naziri Pedro Sançes fələstinliləri dəstəkləyən nümayişçilərə heyranlığını ifadə edib. Halbuki onların İspaniya Veloturu marşrutu boyunca keçirdikləri aksiyalar son günlər bəzi idmançıların yarışdan çəkilməklə hədələməsinə səbəb olmuşdu. Yarışın son mərhələsinə hazırlıq çərçivəsində, paytaxt Madriddə başa çatacaq 21 günlük veloturun final günü minə yaxın polis əməkdaşı əraziyə cəlb olunub. Etiraz aksiyaları İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı təşkil olunub və “İsrael-Premier Tech” komandasını hədəfə alaraq yarışın bir neçə mərhələsini pozub. Veloturun bu gün başa çatması nəzərdə tutulurdu. Sançes cənubdakı Malaqa şəhərində Sosialist Partiyasının toplantısında çıxış edərək bildirib: “Bu gün Vuelta turnirinin son mərhələsi keçirilir. Biz idmançılara hörmətimizi bildiririk, eyni zamanda ədalətli məsələlərlə, o cümlədən Fələstinlə məşğul olan İspaniya xalqına heyranlığımızı ifadə edirik.”
İspaniyanın şimalındakı Bask bölgəsinin Sestao şəhərində keçirilməsi planlaşdırılan 40-cı “Basque Country Open” şahmat turnirində israilli şahmatçıların İsrail bayrağı ilə çıxış etməsinə qadağa qoyulub. Bu qərar İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq qəbul edilib. İsrail isə buna cavab olaraq turnirdən çəkilmək qərarı verib.
2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək Eurovision Mahnı Müsabiqəsi ətrafında ciddi siyasi gərginlik yaranıb. İrlandiyanın ictimai yayımçısı RTE, Avropa Yayım Birliyinin (EBU) Baş Assambleyasında bəzi üzv ölkələrin İsrailin iştirakından narahatlığını dilə gətirdiyini açıqlayıb.
Barselona klubunun prezidenti Joan Laporta və rəhbərliyi, yenilənmiş Kamp Nou stadionuna dönüş tarixinin dəfələrlə təxirə salınması səbəbilə ciddi təzyiqlə üzləşib. Klub rəhbərliyi növbəti dəfə özünün müəyyən etdiyi son tarixə də əməl etməyib və bu, həm üzvlərin, həm də ictimaiyyətin narazılığına səbəb olub.
UEFA 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final oyunlarının məkanlarını təsdiqləyib. UEFA İcraiyyə Komitəsinin Albaniyada keçirilən iclasında qəbul edilən qərara görə, kişilər arasında final Atletiko Madrid klubunun 70 min tamaşaçı tutumuna malik Metropolitano stadionunda keçiriləcək. Stadion 2019-cu ildə Liverpulun Tottenhemi 2:0 hesabı ilə məğlub edərək kuboku qazandığı finala da ev sahibliyi etmişdi. Bu, Madridin Çempionlar Liqası finalına altıncı dəfə ev sahibliyi etməsi olacaq.
Barselona, öz yetirməsi olan 22 yaşlı Fermin Lopezi Çelsidən gələn cazibədar təklifə baxmayaraq komandada saxlaya bilib. Futbolçu isə az oyun vaxtı almasına görə narahat olduğunu baş məşqçi Hansi Fliklə bölüşüb. Flik Lopezin bacarığını qəbul etsə də, ulduzlarla dolu heyətdə ona müntəzəm oynamağa zəmanət verə bilməyib.
Almaniya Bundesliqasının çempionu Bavariya 2022-ci ildə Barselonanın gənc istedadı Lamin Yamalı heyətinə qatmaq üçün ciddi planlar qurub. Klub rəhbərliyi oyunçunun ailəsini Almaniyaya köçürərək, 16 yaşı tamamlandıqdan sonra təxminən 5 milyon avro qarşılığında transferi həyata keçirməyi planlaşdırırdı.
İspaniyanın azlıq sol koalisiya hökuməti, Qəzzada baş verən soyqırıma cavab olaraq İsrailə qarşı 9 maddəlik sanksiya paketini qəbul edib. Baş nazir Pedro Sançesin dünən elan etdiyi tədbirlər bu gün Nazirlər Kabinetinin iclasında rəsmən təsdiqlənib və dərhal qüvvəyə minib. İclasdan sonra mətbuata açıqlama verən Xarici İşlər naziri Xose Manuel Albarez bildirib ki, "Qəzzada bu qədər günahsız insanın öldürülməsi qarşısında səssiz və hərəkətsiz qala bilməzdik". Onun sözlərinə görə, "Qəzzadakı soyqırıma qarşı tədbirlər və Fələstin xalqına dəstək" adlı paket beynəlxalq hüquq və insan haqları çərçivəsində hazırlanıb.
İspanya Baş Nazir müavini və Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Diaz belə bildirib: “İspaniya səfirliyi Tel-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir.” Koalisiya hökumətinin kiçik ortağı olan Sumar ittifaqından Diaz, ölkəsinin İsrailə qarşı sanksiyalar elan etməsindən sonra Bluesky sosial media platformasında mesaj yayıb. O, mesajında “İspaniya səfirliyi Tel-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir.” ifadələrindən istifadə edib. Baş Nazir Pedro Sançesin Qəzzədəki soyqırımı səbəbindən İsrailə qarşı 9 maddəlik sanksiya qərarını açıqlamasına toxunan Diaz, “Buna görə də hökumətdəyik. Keçən həftə bunu böyük koalisiya ortağımıza (Sosialist İşçi Partiyasına) çatdırdıq. Ölkəmiz soyqırımı dayandırmaq üçün daha çox iş görməli idi.” fikrini bölüşüb.
İspaniya hökuməti İsrailə qarşı “istisnasız” silah embarqosu tətbiq etməyi planlaşdırır. Hökumətdə həmçinin İsrailin yüksək vəzifəli rəsmilərinin – Baş nazir Benyamin Netanyahu, xarici işlər naziri İsrael Katz, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçin persona non grata elan olunması ehtimalı müzakirə olunur.