#Suriya münaqişəsi

Suriya Prezidenti Əhməd əş-Şəraa Hələbin Bəşşar Әsəd rejimindən azad edilməsinin birinci ildönümü münasibətilə şəhərdə keçirilən tədbirlərdə iştirak edib. Hələb 2011-ci ildə rejimə qarşı ayağa qalxan ilk Suriya şəhəri olmuşdu və ardınca digər bölgələr də etirazlara qoşulmuşdu. Bir il əvvəl — 29 noyabrda — Şəraa rəhbərliyindəki ittifaq qüvvələri Hələbi nəzarətə götürərək Suriyanın ikinci böyük şəhərində tam hakimiyyət qurmuşdu.

Suriya 14 illik fasilədən sonra İspaniyanın Barselona şəhərində keçirilən “Aralıq dənizi üçün Birlik” 10-cu Regional Forumunda yenidən iştirak edib. Suriya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, ölkə uzun fasilədən sonra tam üzvlüyünün bərpası ilə forum çərçivəsində keçirilən nazirlər toplantısına qatılıb. Nazirlik bu iştirakın Suriyanın regional dialoqdakı rolunun bərpası, həmçinin bölgədə genişmiqyaslı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım olduğunu vurğulayaraq, bununla bağlı məmnunluğunu ifadə edib.

İsrail ordusunun Suriyanın cənubundakı Kuneytra bölgəsinə bağlı Beyt Cin kəndinə təşkil etdiyi basqında, ikisi uşaq, ikisi qadın olmaqla 13 nəfərin öldüyü, baş verən toqquşmada 3-ü ağır olmaqla 6 İsrail əsgərinin yaralandığı bildirilib. Suriya mətbuatının verdiyi məlumata görə, kənddə bəzi sakinləri zorla saxlamağa çalışan İsrail əsgərləri ilə baş verən toqquşma zamanı ölənlərin və yaralananların sayı artıb. Basqın zamanı İsrail ordusunun helikopterlərlə əməliyyata dəstək verdiyi və kəndin bəzi bölgələrinin top atəşinə tutulduğu qeyd edilib.

Çin 2026-cı ilin əvvəlində Suriyanın paytaxtı Dəməşqdəki səfirliyini yenidən açacaq və Suriya xalqına yardım göstərəcək. Bu barədə Suriya Xarici İşlər Nazirliyinin Rusiya və Şərqi Avropa üzrə şöbə müavini məlumat verib. Salibi bildirib ki, səfər Suriyanın xarici siyasətində yeni dövrün başlanğıcını simvollaşdırır və ticarətin canlanması, diplomatik nümayəndəliklərin yenidən fəaliyyətə başlaması baxımından ümidvericidir.

Suriya ordusu ilə PKK/YPG qüvvələri arasında Rakka vilayətinin Madaan bölgəsində şiddətli toqquşmalar yaşanıb. Məlumata görə, PKK/YPG-nin işğal etdiyi ərazilərdən Suriya ordusu mövqelərinə hücum edilib. Suriya ordusu isə qarşılıq olaraq top atışları ilə cavab verib. Yerli mənbələrdən alınan məlumatlara görə, hücum nəticəsində Suriya ordusuna aid bir neçə hərbçi həlak olub.

Suriya Xarici İşlər Naziri Əsad Həsən Şeybani bu gün İngiltərədə bir sıra rəsmi görüşlər keçirmək üçün Londraya yola düşüb. Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, Şeybani rəsmi görüşlərdə iştirak etmək məqsədilə İngiltərəyə gedir. Səfərin məqsədinin iki ölkə arasındakı münasibətləri müzakirə etmək və Suriyadakı son inkişafları qiymətləndirmək olduğu vurğulanıb.

Suriya Prezidenti Əhməd Əş Şəraa bu gün ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Şəraa, indiyə qədər Ağ Evdə amerikalı prezident tərəfindən qəbul edilən ilk Suriya lideri olacaq. Suriya Prezidenti Əhməd Əş Şəraa bu gün ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə bir araya gələcək. ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul ediləcək Şəraa, Ağ Evə gedən ilk Suriya Prezidenti olacaq. Çünki indiyə qədər heç bir ABŞ prezidenti Suriyadan olan bir dövlət başçısını Vaşinqtonda qəbul etməmişdi. Görüşdə Şəraaya Xarici İşlər Naziri Əsəd Şeybani də müşayiət edir.

ABŞ, Suriya Prezidenti Əhməd Əş-Şəraanı sanksiya siyahısından çıxardığını elan edib. ABŞ Dövlət Departamentinin sözçü müavini Tommi Piqott açıqlamasında Dövlət Katibi Marko Rubionun Suriya Prezidenti Əhməd Əş-Şəraanı siyahıdan çıxardığını bildirib. Piqott bu qərarın “Suriyanın yeni bir dövrə keçidini tanıyan güclü siyasi mesaj” daşıdığını vurğulayıb. ABŞ Maliyyə Nazirliyinin də Suriya Daxili İşlər Naziri Ənəs Hattabı sanksiya siyahısından çıxardığı bildirilib.

Fransa Prezidenti Emmanuel Makron suriyalı həmkarı Əhməd əş-Şəraanı “İŞİD” terror təşkilatına qarşı beynəlxalq koalisiyaya qoşulmağa dəvət edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının prezident əş-Şəraa və daxili işlər naziri Ənəs Xitabın adlarını sanksiya siyahısından çıxarmaq qərarını alqışlayıb. Makron bu açıqlamanı Braziliyanın Belin şəhərində keçirilən iqlim konfransının kənarında suriyalı həmkarı ilə görüşdən sonra jurnalistlərə verib. Onun sözlərinə görə, Suriya “regionda terrorçu qruplara qarşı mübarizədə tam və effektiv tərəfdaş olmağa” dəvətlidir.

Türkiyə, Suriya Prezidenti Əhməd əş-Şəraaya və Daxili İşlər Naziri Enes Hattabı BMT Təhlükəsizlik Şurasının müvafiq sanksiya siyahısından çıxaran 2799 (2025) saylı qərarı məmnuniyyətlə qarşıladığını açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli yazılı açıqlamasında bildirib ki, bu qərar Suriya hakimiyyəti və xalqı üzərində qalmış mənfi təsirlərin aradan qaldırılmasına, sanksiyaların tam ləğvinə, Suriyanın beynəlxalq cəmiyyətə inteqrasiyasına, həmçinin ölkədə davamlı sabitlik və inkişafın təmin olunmasına imkan yaradır. Türkiyə bu və bənzər addımları dəstəkləməyə davam edəcək.