Səudiyyə Ərəbistanı Suriyaya 1 milyon 650 min barrel xam neft hədiyyə edəcək. Məlumata görə, Suriya Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı İnkişaf Fondu arasında ölkəyə 1 milyon 650 min barrel xam neftin tədarükünü nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Fond tərəfindən Suriyaya göndəriləcək neft hədiyyə xarakteri daşıyır.
#Suriya xəbərləri
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyadakı son vəziyyətlə bağlı açıqlama verərək, rəsmi Dəməşqlə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirildiyini bəyan edib. Nazirlik mənbələrinin verdiyi məlumata görə, Suriya hökuməti hazırda ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə bütün dövlət strukturları ilə yenidənqurma səylərini davam etdirir. Bu çərçivədə, xüsusilə DEAŞ kimi terror qruplaşmalarının regiondan təmizlənməsi istiqamətində Suriya hökumətinin tələbləri nəzərə alınır və bu məqsədlə iki ölkə arasında koordinasiyalı fəaliyyətlər həyata keçirilir.
Türkiyə hazırda Azərbaycan qazının da daxil olduğu mənbələrdən təbii qazı idxal edir və bu qaz artıq Suriya və Avropaya ixrac olunur. İtaliyanın Milan şəhərində keçirilən forumda iştirak edən Bayraktar, Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada həm ikitərəfli görüşlərdən, həm də enerji sahəsindəki yeni addımlardan danışıb. “Qısa müddət ərzində Suriya ilə Türkiyənin qaz sistemlərini birləşdirdik və Azərbaycan qazının Suriya bazarına çıxışı təmin olundu. Həmçinin, İraqla sərhəddə yerləşən boru xətti vasitəsilə yaxın zamanda bu ölkəyə də qaz ixracına başlaya bilərik.”
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin Suriya ərazilərinə qarşı həyata keçirdiyi hücumları pisləyib. Bu barədə nazirliyin yaydığı bəyanatda qeyd olunub. "Səudiyyə Ərəbistanı Krallığı İsrailin Suriya ərazisinə davamlı şəkildə həyata keçirdiyi hücumları, o cümlədən Hums və Latakiya vilayətlərində bir neçə əraziyə endirilən hava zərbələrini kəskin şəkildə pisləyir və qınayır. Nazirlik bu addımları beynəlxalq hüququn və Suriya ilə İsrail arasında 1974-cü il Ayrılma Razılaşmasının açıq-aşkar pozuntusu kimi qiymətləndirir" - deyə, bəyanatda bildirilib.
Dəməşq qalasında keçirilən rəsmi mərasimlə Suriya İnkişaf Fondunun fəaliyyətə başladığı elan olunub. AzerVoice xəbər verir ki, tədbirdə ölkə prezidenti Əhməd Əş-Şəra da iştirak edib. Yeni yaradılan fondun əsas məqsədləri, dağıdılmış infrastrukturun bərpası,əhalinin əsas xidmətlərlə təmin olunması və mühüm sahələrin inkişaf etdirilməsidir. Fondun maliyyələşməsi yerli və beynəlxalq ianələr, həmçinin xarici qrantlar hesabına formalaşdırılır. Rəsmi məlumata görə, fəaliyyətə başladığı ilk saat ərzində fonda 55 milyon dollardan artıq vəsait daxil olub. Bu göstərici həm ölkə daxilində, həm də xaricdəki donorların aktiv dəstəyinin nəticəsi kimi qiymətləndirilir.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyə ilə Suriya arasında fasiləsiz beynəlxalq quru yol daşımalarının 13 ildən sonra yenidən başladığını bildirib. Uraloğlu verdiyi yazılı açıqlamada Türkiyə ilə Suriya arasındakı quru yolu daşımaları ilə bağlı məlumat verib. Uraloğlu iki ölkə arasında daşımaların bir müddətdir fasiləli şəkildə həyata keçirildiyini xatırladıb.
Nəsiminin Hələbdəki məzarı Türkmən kimliyinin simvoludur. O Nəsiminin Hələbdəki məzarının təkcə bir şəxsin qəbri olmadığını, həm də ortaq Türk-İslam mədəniyyətinin və türkmən kimliyinin canlı bir simvolu olduğunu vurğulayıb. “Harada bir məzar daşımız varsa, orası bizim torpağımızdır. Nəsiminin Hələbdəki məzarı bizə miras və əmanət kimi qalıb. Oradakı insanlar da bu əmanətə sahib çıxır və hər zaman da çıxacaqlar.” - deyə Muxtar Fatih Beydili qeyd edib. Beydili qeyd edir ki, Nəsimi yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk-İslam dünyasının ortaq dəyərlərindən biridir və onun məzarı Suriyadakı türkmənlər üçün kimlik və mənsubiyyətin konkret bir təcəssümüdür.
Türkiyə, Suriya hökumətinin öz birliyi və bütövlüyünü qorumaq üçün atacağı hər cür tədbirə dəstək verəcək. Bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və nazirliyin sözçüsü tuğamiral Zəki Aktürk nazirlikdə keçirilən həftəlik mətbuat konfransında çıxış edərkən bildirib. Nazirlik mənbələri Suriyadakı vəziyyətlə bağlı sualları cavablandırıb.
İsrail ordusunun, Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən Küsve bölgəsindəki Mani dağına həyata keçirdiyi hava hücumları və hava desant əməliyyatı nəticəsində, Suriya ordusunun əsgərlərinin həlak olduğu bildirilib.Suriya dövlət televiziyası Əl-İhbariyyənin məlumatına görə, gecə saatlarında Mani dağı ətrafında əraziyə baxış keçirən Suriya ordu birlikləri müşahidə və dinləmə cihazları aşkarlayıb. Cihazlara müdaxilə edilməyə çalışıldığı anda bölgənin İsrail tərəfindən hava hücumuna məruz qaldığı qeyd olunan xəbərdə, “Hücum nəticəsində bəzi əsgərlər həlak olub, yaralananlar və dağıdılmış texnikalar da var,” – deyə bildirilib.
Suriya dövlətinə məxsus Əl-İxbariyyə telekanalının məlumatına görə, İsrail qüvvələri çərşənbə günü Quneytra çölündə yerləşən Səmdaniyyə əl-Qərbiyyə kəndinə yaxınlaşaraq Rəsm ər-Ravadi bölgəsinə doğru irəliləyib. Bu ərazi işğal altındakı Colan təpələrinə bitişik döyüş zonası kimi tanınır. Məlumata əsasən, İsrail ordusu son üç ayda Suriyanın cənubunda altı yeni hərbi baza inşa edib. Yalnız avqust ayında Quneytra əyalətinə beş ayrı hücum həyata keçirilib, onlardan sonuncusu çərşənbə axşamı baş verib və nəticədə bir nəfər həlak olub. İsrail tərəfi bu xəbərlə bağlı rəsmi açıqlama verməyib.
Suriya Xarici İşlər Nazirliyi prezident Əhməd əl-Şəraanın sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında iştirak edəcəyini və çıxış edəcəyini rəsmi olaraq təsdiqləyib. Bu, 1967-ci ildən bəri bir Suriya prezidentinin BMT Baş Assambleyasında çıxış edəcəyi ilk hadisə kimi tarixə düşəcək. Nazirlik tərəfindən yayımlanan bəyanatda Şəraanın sessiyada Suriyanın mövqeyini və regional məsələlərə dair baxışlarını dünya ictimaiyyəti ilə paylaşacağı vurğulanıb. Onun çıxışı, Suriyanın son illərdəki siyasi və sosial dəyişiklikləri fonunda beynəlxalq arenada diqqət çəkəcək bir hadisə kimi qiymətləndirilir.
Suriyada İŞİD terror qruplaşmasının yerli hücrələrinə rəhbərlik edən əsas liderlərindən biri beynəlxalq koalisiya qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində məhv edilib. Bu barədə "Əl-İxbariyyə" telekanalı Suriya təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat verib. Mənbənin bildirdiyinə görə, İraq vətəndaşı Salah Numan (ləqəbi Əli), İdlib vilayətinin şimalında yerləşən Atma qəsəbəsində gizlənirdi.