Fələstin Prezidenti Mahmud Abbas cümə axşamı Ramallahda keçirilən Fəth Hərəkatının VIII Konfransının açılışında bildirib ki, Fələstin dövlətçiliyi məsələsi həll olunduqdan sonra regiondakı digər problemlər də öz həllini tapacaq. Abbas, Fələstin siyasi qrupları arasında birliyin vacibliyini vurğulayaraq, Fələstin Azadlıq Təşkilatının (FAT) yeganə legitim nümayəndə olduğunu qeyd edib.
#Fəth hərəkatı
Fələstin Milli Azadlıq Hərəkatı (FƏTH) hərəkatının sözçüsü Əbdülfəttah Davlə “əş-Şərq əl-Əvsət”ə bildirib ki, “hərəkat Qəzza sektorundan olan peşəkar şəxslərdən ibarət olacaq “Qəzza İdarə Komitəsi” üçün təklif olunan heç bir adı blok etməyəcək”.
Misirin paytaxtı Qahirədə “HƏMAS” və “Fəth” nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə atəşkəs sazişinin ikinci mərhələsi və Qəzza zolağının gələcək idarəçiliyi ilə bağlı məsələlər müzakirə olunub. Misir kəşfiyyatının vasitəçiliyi ilə keçirilən danışıqlar “müsbət atmosferdə” keçib. Xüsusilə Qəzzanın idarəçiliyi və hakimiyyətin ötürülməsi məsələlərində tərəflərin mövqelərinin yaxınlaşdığı bildirilir.
İsmayıl Haniyyə “HƏMAS”ın təcrübəli siyasi və diplomatik siması sayılırdı. O, tələbə qolu olan “İslam Bloku”ndan başlamış, sonradan siyasi fəaliyyətə yiyələnərək müxtəlif rolları üzərinə götürməyə başladı. Bunlara 1997-ci ildə azad ediləndən sonra hərəkatın banisi şeyx Əhməd Yasinlə birlikdə onun ofisinin idarə olunması da daxil idi.
İsrail həbsxanalarındakı məhbusların işlərini izləyən qeyri-hökumət təşkilatlarının verdiyi məlumata görə, FƏTH hərəkatının lideri Mərvan Bərquti sentyabr ayında İsrail həbsxanası rəhbərliyi tərəfindən “qəddar və təhlükəli hücuma” məruz qalıb.