Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu regionda artan müharibə riski fonunda bağlanan hava məkanları və nəqliyyat marşrutları ilə bağlı mühüm açıqlamalar verib. Nazir bildirib ki, Suriya, İraq, İran və İsrail hava məkanlarının tamamilə qapalı olması səbəbindən hava hərəkətində ciddi risklər yaranıb. Bu vəziyyətdə həm Türkiyə, həm də xarici ölkə vətəndaşlarının təxliyəsi üçün Oman və Səudiyyə Ərəbistanı üzərindən əlavə reyslər təşkil edilib. Nazir qeyd edib ki, müvafiq ölkələrlə əldə olunan razılığa əsasən, vətəndaşlar quru yolu ilə bu ölkələrə keçərək oradan İstanbul vasitəsilə dünyaya yollanırlar və hazırda bu prosesdə heç bir ciddi axsama müşahidə olunmur.
#İraq
BAKI,VOA,Fərid Mikayılov İraqda həyata keçirilən hava zərbələri nəticəsində İranla əlaqəli silahlı qruplaşmanın bir neçə üzvünün öldürüldüyü bildirilib.
İraqın Süleymaniyə şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində güclü partlayış səsləri qeydə alınıb. Məlumata əsasən, kənddə dörd partlayış səsinin eşidildiyi bildirilir. Hadisənin İrana müxalif kürd qruplarının ailələri ilə birlikdə yaşadığı ərazidə baş verdiyi qeyd olunur.
İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı yaxınlığında çərşənbə günü növbəti pilotsuz uçuş aparatı (PUA) vurulub. Bu, son iki gündə sözügedən obyektə edilən ikinci oxşar hücum cəhdidir. Təhlükəsizlik mənbələrinin AFP-yə verdiyi məlumata görə, hadisə nəticəsində tələfat və ya maddi ziyan qeydə alınmayıb. Bağdad hava limanı təkcə mülki uçuşlar üçün deyil, həm də ABŞ-ın diplomatik nümayəndəliyinin və koalisiya qüvvələrinin yerləşdiyi hərbi bazaya ev sahibliyi etdiyi üçün strateji əhəmiyyət kəsb edir. Çərşənbə axşamı axşam saatlarında da hava limanı yaxınlığında bir dron zərərsizləşdirilmişdi. Bundan bir neçə saat əvvəl isə İraq təhlükəsizlik qüvvələri obyektə doğru yönəldilmiş 9 raket və bir buraxılış qurğusunu ələ keçirdiklərini elan etmişdilər.
Suriya Müdafiə Nazirliyi regional münaqişənin genişlənməsi fonunda Livan və İraqla sərhəd xəttində hərbi mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, bu addım sərhədlərin qorunması və nəzarətin artırılması məqsədilə atılıb. Hərbi mənbələrin verdiyi məlumata görə, fevral ayından başlayan, lakin son günlərdə sürətlənən əməliyyat çərçivəsində sərhəd boyu "Qrad" və "Katyuşa" raket sistemləri, zirehli texnika və piyada bölmələri yerləşdirilib. Xüsusilə Homsun qərb kəndləri və Tartusun cənubunda 52-ci və 84-cü diviziyaların mövcudluğu genişləndirilib.
İranın ali rəhbəri Əli Xameneyinin tərəfdarları ilə İraq və ABŞ-ın maraqları arasında gərgin keçən İraq gecəsindən (bazar günü - bazar ertəsi gecəsi) sonra tərəflər şoku geridə qoyaraq qisas naminə atılan addımları bir qədər səngidiblər. Bazar ertəsinin gəlişi ilə belə görünür ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələr bərpa olunana qədər "fraksiyaların reallığına" qayıtmaq və hamısı əlçatan olmaya biləcək "hədəflər bankı"nı daxil edən potensial uzunmüddətli müharibə planı hazırlamaq qərarı verilib.
İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən "Kətaib Hizbullah" qruplaşması öz döyüşçülərinə qonşu İranda baş verə biləcək "uzunmüddətli müharibə" ssenarisinə hazırlaşmağı tapşırıb. Cümə axşamı yayılan bəyanatda ABŞ-ın bölgədə hərbi yığınağını artırması və təhdidləri "təhlükəli eskalasiya" kimi qiymətləndirilib. Qruplaşma xəbərdarlıq edib ki, müharibə başlayacağı təqdirdə ABŞ tərəfi "hədsiz böyük itkilər" verəcək. Bəyanatda həmçinin bütün döyüşçülərin "tükəndirici müharibə" ssenarisinə uyğun hazır vəziyyətə gətirilməsinin zəruriliyi vurğulanıb.
Məqalədə Xocalı faciəsinin səbəbləri və tarixi barədə məlumat verilib
2026-ci ilin yanvar ayında Türkiyədən İraqa mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq, 84 milyon 211 min 88 dollara bərabər olub. 2026-ci ilin yanvar ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 562 milyon 428 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 7 milyard 940 milyon 45 min dollar məbləğində mebel ixrac edib.
2026-ci ilin yanvar ayında Türkiyədən İraqa sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz azalaraq, 7 milyon 844 min 1 dollara bərabər olub. Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 317 milyon 552 min dollara bərabər olub. Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 4 milyard 499 milyon 565 min dollar məbləğində sement ixrac edib.
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən İraqa xalça ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq, 297 milyon 565 min 5 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında İraqa xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 20 milyon 933 min 16 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.
2025-ci ilin yanvar-dekabr aylarında İraq vətəndaşları Türkiyədə min 292 daşınmaz əmlak satın alıblar ki, bu da 2024-cü ilin ilin eyni dövrü ilə müqayisədə 10 obyekt azdır. Məlumata görə, keçən ilin dekabr ayında İraq vətəndaşları Türkiyədə 133 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Türkiyədə 254 min 77 mənzil satın alınıb ki, bu da 2024-cü ilin dekabr ayı ilə müqayisədə 19,8 faiz çoxdur.