#İraq

ABŞ-ın Suriyadakı kürd silahlı qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi dəyişən hərbi-operativ şəraitin situativ nəticəsidirmi, yoxsa biz daha dərin strateji transformasiyanın şahidi oluruq - yəni Vaşinqtonun münaqişələri vasitəçi (proksi) modellə idarəetmədən imtina edib, Yaxın Şərqdə dövlət iyerarxiyasını bərpa etməyə, qeyri-rəsmi güc mərkəzlərini ləğv etməyə yönəlməsi?

Suriya prezidenti Əhməd əş-Şəraa, İraq Baş naziri Məhəmməd Sudani və Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Məsud Barzani ilə telefon danışığı aparıb. Suriya Prezident Administrasiyasının yaydığı məlumata görə, Əhməd əş-Şəraa ilə Məsud Barzani arasında keçirilən telefon danışığında Suriyadakı son siyasi və təhlükəsizlik prosesləri, sabitliyin təmin edilməsi və kürdlərin hüquqlarının qorunması müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb. Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Salamlara görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya ölkəyə 17 axtarılan şəxsin gətirildiyini açıqlayıb. Yerlikayanın bildirdiyinə görə, bu şəxslər arasında 12 nəfər qırmızı bültenlə, 5 nəfər isə milli səviyyədə axtarılan cinayətkardır. Onların ölkəyə gətirilməsi bir neçə beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilib.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən İraqa hazır geyim ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 634 milyon 165 min 47 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında İraqa hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz artaraq, 62 milyon 221 min 80 dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 773 milyon 432 min dollara bərabər olub.

OPEC+ ölkələri artan siyasi və geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, neft hasilatını sabit saxlamaq barədə prinsipial razılığa gəlib. Səkkiz əsas üzv — Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Qazaxıstan, Küveyt, İraq, Əlcəzair və Oman dünya neftinin yarısını hasil edir. Qrup 2025-ci ilin aprel–dekabr aylarında hasilatı gündəlik 2,9 milyon barel artırsa da, noyabrda əlavə artımı dayandırmaq qərarına gəlib.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən İraqa kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 1 milyard 7 milyon 730 min 90 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında İraqa kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq, 93 milyon 881 min 47 dollara çatdırıb.

Parlament, 11 Noyabrda keçirilmiş ümumi seçkilərdən sonra yeni sədr və müavinlərini seçmək üçün ilk iclasını keçirib. İclas, ən yaşlı üzv kimi Amir əl-Fayizin rəhbərliyi altında baş tutub. Altıncı qanunverici dövrün açılışı zamanı yeni seçilmiş deputatlar and içib. 2003-cü ildən sonra İraqda formalaşmış siyasi sistemə görə, Baş Nazir Şiə, Parlamentin Sədri Sünni, Prezident isə Kürd etnik qrupundan seçilir. Bu çərçivədə Parlament sədrliyi üçün Sünni siyasi vahid qurum olan Milli Siyasi Şuranın namizədi Heytbet Halbusi olub. Eyni zamanda, deputatlar Salim İsavi və Amir Abdulcebbar da namizədliyini elan ediblər.

İraq Elektrik Nazirliyi İranın İraqa ötürdüyü təbii qaz axınını tamamilə dayandırdığını açıqlayıb. İraqın rəsmi xəbər agentliyi INA-nın Elektrik Nazirliyinə istinadla yaydığı məlumata görə, İrandan gələn təbii qaz tədarükü tam kəsilib. Bu səbəbdən İraqın elektrik sistemində 4 min–4 min 500 meqavat həcmində itki yarandığı bildirilib. Açıqlamada qeyd olunub ki, Elektrik Nazirliyi Neft Nazirliyi ilə koordinasiya şəraitində yerli alternativ yanacaq mənbələrinə müraciət edərək elektrik stansiyalarının fəaliyyətinin davamlılığını təmin edir. Hazırda istehsalın nəzarət altında olduğu vurğulanıb.

2025-ci ilin yanvar-noyabr aylarında İraq vətəndaşları Türkiyədə min 159 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1 obyekt çoxdur. Məlumata görə, bu ilin noyabr ayında İraq vətəndaşları Türkiyədə 104 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 43 obyekt azdır. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyədə 141 min 100 mənzil satın alınıb ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,8 faiz azdır.

İran Prezidenti Məsud Pezeşkian, son dövrlərdə Qazaxıstan və Türkmənistana etdiyi səfərlərin müsbət və konstruktiv nəticələr verdiyini və bu səfərlərin İslam Respublikasının qonşu ölkələrlə əlaqələri gücləndirmək siyasətini möhkəmləndirdiyini bildirib. Cümə axşamı gecəsi Tehrana qayıtdıqdan sonra çıxış edən Pezeşkian, İranın regional əlaqələri gücləndirməyə olan sadiqliyini bir daha vurğulayaraq, səfər zamanı keçirilən görüşlər və danışıqların müxtəlif sahələrdə qiymətli razılaşmalarla nəticələndiyini qeyd edib.