#Səudiyyə xəbərləri

Səudiyyə Ərəbistanı Əl-Qasım bölgəsi gənclərin innovativ təşəbbüsləri sayəsində öz autentik keçmişini bərpa edir. Belə ki, qədim evlər və kənd təsərrüfatı fermaları yenidən qurularaq ilboyu turist qəbul edən canlanmış irs məkanlarına çevrilib. Səudiyyə Ərəbistanının Vizyon 2030 strategiyasına uyğun olaraq bu təşəbbüslər həm milli kimliyin qorunmasını, həm də daxili turizmin inkişafını hədəfləyir və bölgənin mədəni və iqtisadi dəyərini artırır. Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, bu proses həm ənənə, həm də müasirliyin birləşməsi ilə həyata keçirilir.

Qəzza müharibəsinin başa çatması və onun doğurduğu humanitar, siyasi və geosiyasi fəsadlardan sonra Yaxın Şərqin konturları görünməmiş şəkildə dəyişməyə başlayıb. Əgər İsrail hərbi üstünlüyünün ona yeni regional nizamda liderlik qazandıracağını düşünürdüsə, reallıq tamamilə əksini göstərdi. Əksinə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, Körfəz ölkələri regional balansın qurulmasında əsas gücə çevrildi. Tel-Əviv isə tədricən təşəbbüsü itirdi və hərbi gücü siyasi və etik yükə çevrilməyə başladı.

Səudiyyə Ərəbistanının real ÜDM artımı 2025-ci ilin üçüncü rübündə 5 faiz təşkil edib. Bu, 2023-cü ilin birinci rübündən bəri qeydə alınan ən sürətli iqtisadi genişlənmədir. Məlumat Statistika üzrə Baş İdarənin operativ hesablamalarında əksini tapıb. İdarənin açıqlamasına əsasən, artım bütün əsas iqtisadi fəaliyyət sahələrində qeydə alınıb. Qeyri-neft sektoru 4,5 faiz, neft sektoru isə 8,2 faiz artım göstərib. Dövlət sektorundakı artım 1,8 faiz səviyyəsində olub.

Suriyanın Prezidenti Əhməd Əş-Şəraa, Səudiyyə Ərəbistanının region üçün “böyük əhəmiyyətə” malik olduğunu bildirərək, Krallığı “Suriyanın dünyaya açılan açarı” adlandırıb. Əş-Şəraa bu fikirləri 29 oktyabr 2025-ci ildə Ər-Riyadda keçirilən 9-cu “Future Investment Initiative” (FII9) forumunun plenar iclasında səsləndirib. Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman da iştirak edib.

Səudiyyə Ərəbistanının avtomobil bazarı yeni nəsil hibrid nəqliyyat vasitələrini qarşılayır. Bu avtomobillər ən müasir “REEV - Range-Extended Electric Vehicle” texnologiyası ilə təchiz olunub. Krallıqda bu sistem əvvəllər də təqdim edilsə də, Riyad EV Auto Show 2025 sərgisində nümayiş olunan son modellər enerji səmərəliliyi, performans və yürüş məsafəsi baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

Ekstremist baxışları ilə tanınan nazirin açıq şəkildə üzr istəməsi, həm də İsrail hökumətinə və baş nazir Benyamin Netanyahuya ünvanlanmış bir mesaj kimi dəyərləndirilir. ABŞ, İsrail rəsmilərinə region ölkələri ilə münasibətləri gərginləşdirən populist çıxışlardan çəkinmək barədə xəbərdarlıq edir. Vaşinqtonun əsas məqsədi, Trampın “İbrahim sazişləri” layihəsini genişləndirərək daha çox ərəb ölkəsini, xüsusilə Səudiyyə Ərəbistanını bu təşəbbüsə cəlb etməkdir.

Ərəbistan yarımadası çox vaxt sonsuz səhralar və quraqlıqla tanınsa da, müasir araşdırmalar göstərir ki, bu mənzərə tarixi dövrlər ərzində dəyişkən olub. Buzlaşma və Holosen dövrlərində bölgə göllər, mövsümi çaylar və yaşıllıqlarla zəngin oazislərə çevrilib, bu da insanın ilkin məskunlaşması və həyat tərzinin formalaşmasına təsir göstərib. Yeni elmi kəşf bu nəzəriyyələri bir daha təsdiqləyib. Səudiyyə Ərəbistanında dəvələri, ceyranları və digər heyvanları natural ölçüdə təsvir edən qayaüstü rəsmlər aşkar edilib. Bu təsvirlərin yaşı 12 800 ilə 11 400 il əvvələ gedib çıxır.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, 1 oktyabr 2025-ci il tarixində Səudiyyə Ərəbistanına səfər edəcək. nazir Fidan, El-Ula şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Nazir Hakan Fidanın səfəri çərçivəsində konfrans iştirakçıları ilə ikitərəfli görüşlər keçirməsi, regional və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparması da planlaşdırılır. Qeyd edək ki, El-Ula şəhəri, Səudiyyə Ərəbistanının tarixi və mədəni baxımdan əhəmiyyətli bölgələrindən biri olmaqla yanaşı, son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm mərkəzə çevrilib. Konfransda regional əməkdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və Yaxın Şərqdəki siyasi proseslərin müzakirə olunacağı gözlənilir

Pakistanın müdafiə naziri Xavaja Asıf bildirib ki, ölkəsinin nüvə silah potensialı, yaxın günlərdə Səudiyyə Ərəbistanı ilə imzalanmış strateji qarşılıqlı müdafiə sazişi çərçivəsində istifadə oluna bilər. Nazir bu açıqlamanı Geo News televiziya kanalına müsahibəsində verib. O, Pakistanın nüvə silahlarının razılaşma çərçivəsində istifadə edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq deyib:

Səudiyyə Ərəbistanı Suriyaya 1 milyon 650 min barrel xam neft hədiyyə edəcək. Məlumata görə, Suriya Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı İnkişaf Fondu arasında ölkəyə 1 milyon 650 min barrel xam neftin tədarükünü nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Fond tərəfindən Suriyaya göndəriləcək neft hədiyyə xarakteri daşıyır.