#AFAD

Türkiyədə Osmaniyədə 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Osmaniyədə yerli vaxtla saat 12:09-da (Bakı vaxtı ilə saat 13:09-da) baş verib. Yeraltı təkanların ocağı 8,8 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 16:25-də baş verib. Zəlzələnin yerin təxminən 11,1 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Türkiyədə Ağdənizdə 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Ağdənizdə yerli vaxtla saat 12:27-da (Bakı vaxtı ilə saat 13:27-da) baş verib. Yeraltı təkanların ocağı 24 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Balıkesir şəhərinin Sındırgı rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 16:35-də baş verib. Zəlzələnin yerin təxminən 11,02 kilometr dərinliyində baş verdiyi bildirilib. Hadisə ilə bağlı hələlik hər hansı xəsarət və ya maddi ziyan barədə məlumat verilməyib. AFAD və yerli qurumlar vəziyyəti izləməyə davam edir.

Balıkesir şəhərinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 330 yeraltı təkan sarsıntı qeydə alınıb. Türkiyənin Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD) məlumatına görə, dünən saat 23:48-də Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ olub. Zəlzələ yalnız Balıkesir deyil, həmçinin İzmir, Bursa, İstanbul, Tekirdağ, Kocaeli və Sakarya daxil olmaqla Marmara və Egey bölgələrinin bir çox şəhərində hiss edilib. Zəlzələnin dərinliyi 5,99 kilometr olaraq müəyyən olunub.

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, saat 10:10-da baş verən yeraltı təkanların dərinliyi 6,22 kilometr olub. Son günlər bölgədə bir neçə dəfə zəlzələlər baş verdiyi üçün Sındırgı hələ də silkələnməyə davam edir.

Egey dənizində 4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib. Məlumata əsasən, zəlzələ yerin 13,61 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb. Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.

Oktyabrın 2-də Marmara Dənizinin açıq sularında 5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tekirdağ şəhər mərkəzi və rayonlarında, həmçinin İstanbul və ətraf əyalətlərdə hiss olunub. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələ ilə bağlı sosial şəbəkədə, açıqlamasında bildirib ki, Fəlakət və Təcili Vəziyyətlər İdarəsi (AFAD) və əlaqədar qurumların bütün briqadaları sahə yoxlamalarına başlayıb.

Kütahya şəhərinin Simva rayonunda 3,6 və 4 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Kütahya şəhərində yerli vaxtla saat 19:09 (Bakı vaxtı ilə saat 20:09-da) baş verib. Yeraltı təkanların ocağı 6,96 kilometr dərinlikdə yerləşib. AFAD-ın paylaşdığı digər məlumata əsasən, yerli vaxtla saat 19:43 (Bakı vaxtı ilə saat 20:43da) baş verən ikinci zəlzələnin dərinliyi 11.91 km olub. Qeyd edək ki, bu gün Simavda qeydə alınan 5.4 bal gücündəki zəlzələdən sonra bölgədə artçı təkanlar davam edir.

Malatya şəhərinin Pütürgə rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib. Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.