#Feysəl bin Fərhan

İraqın Milli Təhlükəsizlik Xidməti Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb. Əməliyyat nəticəsində üç şübhəli şəxs saxlanılıb. Onların Bağdad daxilində pilotsuz uçuş aparatları hazırlamağa çalışdıqları bildirilir. Saxlanılan şəxslərin kimliyi və mümkün əlaqələri barədə məlumat açıqlanmayıb. Hazırlanan aparatların hansı məqsədlə istifadə ediləcəyi də məlum deyil. Hadisə bölgədə təhlükəsizlik gərginliyinin davam etdiyi bir dövrə təsadüf edir. İraq hökuməti ölkədə silahların yalnız dövlətin nəzarətində olmasına çalışır. Bağdad həmçinin müxtəlif silahlı birləşmələrin tərksilah edilməsi istiqamətində tədbirlər görür.

Qətər və Səudiyyə Ərəbistanı dəniz naviqasiyasının təhlükəsizliyi və azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb, İsrailin Qəzza ilə bağlı ABŞ Prezidenti Donald Trampın planını davam etdirməkdən imtina etməsini yenidən pisləyib. Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Ər-Riyadda keçirilən görüşdə regiondakı son hadisələri və gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.

Səudiyyə Ərəbistanında ilk dəfə qadın baş konsul vəzifəsinə təyinat həyata keçirilib. Vəfa bint Abdullah əl-Mərzuki ABŞ-ın Hyuston şəhərindəki baş konsul təyin olunub. O, xarici işlər naziri Feysəl bin Fərhanın iştirakı ilə and içib. Təyinat ölkənin diplomatik tarixində yeni mərhələ kimi qiymətləndirilir. Əl-Mərzuki Səudiyyə Ərəbistanının ilk qadın baş konsulu olub. Bu addım qadınların dövlət idarəçiliyində rolunun artmasının göstəricisi hesab edilir. Yeni baş konsul ABŞ-da ölkəsinin maraqlarını təmsil edəcək. Təyinat beynəlxalq ictimaiyyətin də diqqətini çəkib.

Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər. Danışığın əsas mövzuları Qırmızı dəniz və Bab əl-Məndəb boğazında təhlükəsizlik məsələləri olub. Görüş husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra keçirilib. Tərəflər Bab əl-Məndəbdən keçən gəmilərdən rüsum alınması ilə bağlı məlumatları da müzakirə ediblər. Nazirlər İordaniyanın Fələstinlə bağlı ərəb və islam ölkələrinin toplantısının keçirilməsi təşəbbüsünü dəstəkləyiblər. Regional əməkdaşlığın və dəniz yollarının təhlükəsizliyinin əhəmiyyəti vurğulanıb. Tərəflər Yaxın Şərqdə sabitliyin qorunması istiqamətində əməkdaşlığın davam etdirilməsinə sadiq olduqlarını bildiriblər.

Səudiyyə Ərəbistanı və İtaliya xarici işlər nazirləri Romada görüş keçiriblər. Tərəflər Qəzzada atəşkəsin qorunmasına dəstəklərini ifadə ediblər. Onlar humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyini vurğulayıblar. Nazirlər Qərb sahilində zorakılığın artmasını pisləyiblər. Bəyanatda fələstinlilərin məcburi köçürülməsinə və ilhaq planlarına etiraz bildirilib. Hörmüz boğazında sərbəst gəmiçiliyin qorunmasının əhəmiyyəti də qeyd olunub. İsrail Qəzza ilə bağlı göstərilən statistikalara hələlik münasibət bildirməyib.

Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri telefon danışığı aparıblar. Danışıq zamanı ABŞ-İran müharibəsi və bölgədəki son vəziyyət müzakirə olunub. Tərəflər vasitəçilik təşəbbüslərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar. Nazirlər dialoqun davam etdirilməsinin zəruriliyini qeyd ediblər. Onların fikrincə, hərtərəfli siyasi həll bölgədə sabitliyin təmin olunmasına töhfə verə bilər. Telefon danışığında regional təhlükəsizlik məsələlərinə də toxunulub. Tərəflər diplomatik səylərin artırılmasının vacibliyini bildiriblər. Söhbət qarşılıqlı əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılaşma şəraitində başa çatıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan rəsmi səfəri çərçivəsində Çində ölkənin vitse-prezidenti Han Çjen ilə görüş keçirib. Görüş zamanı tərəflər Səudiyyə Ərəbistanı ilə Çin arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib, əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması istiqamətində görülə biləcək addımları nəzərdən keçiriblər.

Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz, Livan Prezidenti Cozef Avn və Baş nazir Nəvaf Salamın rəsmi xahişinə əsasən, Livan məhsullarının krallığa olan ixracatının yenidən bərpa edilməsi barədə xüsusi göstəriş verib.

Səudiyyə Ərəbistanı son 48 saat ərzində regional gərginliyi azaltmaq və mövqeləri koordinasiya etmək məqsədilə diplomatik fəaliyyətlərini genişləndirib. Səudiyyə Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan İslamabadda ABŞ və İran arasında keçirilən danışıqlardan sonra bir sıra intensiv siyasi məsləhətləşmələr aparıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi indiyədək ictimaiyyətə açıqlanan doqquz diplomatik təmasın baş tutduğunu bildirib. Proses bazar ertəsi nazirin pakistanlı həmkarı İshaq Dar ilə apardığı telefon danışığı ilə başlayıb. Tərəflər Pakistanın vasitəçilik səylərini dəstəklədiklərini və bölgədə onilliklərdir davam edən qeyri-sabitliyi aradan qaldıracaq qalıcı razılaşmanın vacibliyini vurğulayıblar.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan bazar ertəsi günü misirli və qırğızıstanlı həmkarları ilə regional prosesləri müzakirə edib. Səudiyyə Press Agentliyinin (SPA) məlumatına görə, nazir Bədr Abdelatti ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizliyin, habelə sabitliyin gücləndirilməsi yollarını nəzərdən keçirib.

Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Məlumata əsasən, tərəflər İran ilə ABŞ arasında aparılan sülh danışıqlarından sonra yaranmış son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, telefon danışığı zamanı regionda sabitliyin qorunması və diplomatik proseslərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah çərşənbə akşmı günü Ər-Riyadda avstriyalı həmkarı Beate Maynl-Rayzingeri qəbul edib. Görüşdə tərəflər ölkələri arasındakı münasibətləri nəzərdən keçirib, regiondakı son hadisələri, habelə bu hadisələrin təhlükəsizlik və sabitlik üçün yaratdığı ciddi fəsadları müzakirə ediblər.