Azərbaycan parlament nümayəndə heyətinin üzvləri çıxışlarında müzakirə olunan mövzular, həmçinin təşkilatın gələcək fəaliyyətinə dair müxtəlif fikir və təkliflərini səsləndiriblər.
#Sevil Mikayılova
Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan olan vitse-prezidenti, Sevil Mikayılova Cenevrədə keçirilən IPU 151-ci Assambleyası çərçivəsində qadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə ilə çıxış edib.
Müharibə o dövrü yaşayan, həmin vaxtların ağrı-acısını görən, şahidlik edən hər kəsin həyatında öz izini buraxıb.
Sevil Mikayılova qeyd edib ki, TDT ciddi geosiyasi güc mərkəzi kimi formalaşır
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.
27 sentyabr Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək üçün başladığı tarixi gündür. Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücüm əməliyyatları Azərbaycan silhalı qüvvələinin tam və qəti qələbəsi ilə başa catdı. Xalqımızın qürur tarixinə çevrilmiş 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya göstərdi - erməni işğalına son qoyuldu və ərazilərimiz bütövləşdi.
Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu günün təsis olunması sadəcə rəsmi bir tarixdən daha çox, azadlıq, vətən uğrunda mübarizənin, milli həmrəyliyin və qəhrəmanlığın əbədiləşdirilməsidir. S.Mikayılova qeyd edib ki, 2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən bu gün, 30 ilə yaxın davam edən işğal və çətin mübarizələrin sonunda ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad edilməsinin və həmin şəhərlərdə Azərbaycan Dövlət Bayrağının qürurla dalğalanmasının simvoludur.
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda baş tutan görüş regionda sülh və sabitliyin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu formatda keçirilən yüksək səviyyəli görüş Cənubi Qafqazda uzun müddət davam etmiş münaqişənin diplomatik yolla həlli istiqamətində yeni mərhələnin başlandığını göstərir.
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən görüş region üçün mühüm strateji əhəmiyyət kəsb edir. Bu görüşün önəmi bir neçə aspektdə özünü göstərir. İlk növbədə, Azərbaycan, Türkmənistan və Özbəkistan coğrafi baxımdan Şərq ilə Qərbi, həmçinin Şimal ilə Cənubu birləşdirən vacib körpü funksiyasını yerinə yetirən ölkələrdir. Bu isə onları regional nəqliyyat-logistika, enerji və ticarət əlaqələrinin inkişafında əsas aktorlara çevirir
Parlamentlərarası İttifaqın (IPU) Baş katibi Martin Çunqonqun xahişi və Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarovanın razılığı ilə IPU-nun Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova avqustun 4-də Türkmənistanın Avaza şəhərində keçirilən, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə BMT-nin Üçüncü Konfransı (LLDC3) çərçivəsində təşkil olunan Parlament Forumunda IPU adından məruzə ilə çıxış edib.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü dilin milli-mənəvi dəyər kimi formalaşmasında mühüm mərhələni simvolizə edən əlamətdar tarixdir. Bu günün təməli, dövlət və dil münasibətlərində köklü dəyişikliklərin əsasını qoymuş Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.