Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Şanlı qələbəmizin başlandığı gün: Qürur və Xatirə Günü

    27 Sentyabr 2025 10:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Şanlı qələbəmizin başlandığı gün: Qürur və Xatirə Günü
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    27 sentyabr Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək üçün başladığı tarixi gündür. Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücüm əməliyyatları Azərbaycan silhalı qüvvələinin tam və qəti qələbəsi ilə başa catdı. Xalqımızın qürur tarixinə çevrilmiş 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya göstərdi - erməni işğalına son qoyuldu və ərazilərimiz bütövləşdi.

    Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S.Mikayılova qeyd edib ki, 1990-cı illərdən bəri davam edən işğal, eləcə də sülh danışıqlarının nəticəsiz qalması, Azərbaycanın hərbi yolla torpaqlarını azad etmək qərarını şərtləndirdi.

    "Rəsmi İrəvan uzun illər ərzində Azərbaycana qarşı düşmənçilik siyasəti aparırdı. Bu siyasət təkcə hərbi işğalla deyil, eyni zamanda ideoloji, siyasi və mədəni sahələrdə də həyata keçirilirdi. Hələ Çar Rusiyası dövründə, xüsusilə 1828-ci il Türkmənçay müqaviləsindən sonra, Cənubi Qafqaza, o cümlədən Qarabağa kütləvi erməni köçü təşkil olunmuşdu. Bu siyasət Rusiya imperiyasının regional maraqları çərçivəsində həyata keçirilirdi, bölgədə müsəlman əhalini zəiflətmək və yeni etnik balans yaratmaq məqsədi daşıyırdı. Xalqımıza qarşı yönəlmiş bu düşmənçilik siyasəti artıq 200 ildən çox bir dövrü əhatə edirdi. Bu fakt, erməni millətçilərinin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi ardıcıl siyasətin planlı, sistemli və uzunmüddətli xarakter daşıdığını göstərirdi. Tarix boyu, xüsusilə XX əsrin əvvəllərində erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilir, etnik təmizləmələr aparılırdı, yerli əhali doğma yurdlarından sürgün olunur və mədəni irsimiz məqsədyönlü şəkildə məhv edilirdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımıza məxsus toponimlərin dəyişdirilməsinə başlamışdılar. Məsələn, Xankəndinin adının dəyişdirilməsi, Şuşanın erməni şəhəri kimi təqdim olunması bu siyasətin bariz nümunələrindəndir", - deyə deputat vurğulayıb.

    S.Mikayılova əlavə edib ki, ermənilərin məskunlaşdığı bölgələrdə azərbaycanlılara qarşı təzyiq, mülkiyyətin əlindən alınması, idarəetmədə təmsil olunmamaq kimi hallar geniş yayılmışdı:

    "Daşnaksutyun partiyası XIX əsrin sonlarında yaranaraq ifrat millətçi və ekspansionist ideologiya ilə tanınırdı. Bu partiyanın əsas hədəfi "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək idi. Rusiya və Osmanlı imperiyalarının zəiflədiyi dövrlərdə – xüsusilə 1905–1907-ci illər və 1918–1920-ci illər aralığında – Daşnak silahlı dəstələri Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında etnik təmizləmə və kütləvi qırğınlar həyata keçirirdilər. Bu siyasət birbaşa erməni millətçiliyinin radikal qolu olan Daşnaksutyunun ideoloji xəttinə söykənirdi və nəticədə Azərbaycana qarşı düşmənçilik və işğalçılıq strategiyasına çevrilirdi.

    Qondarma “Dənizdən dənizə Ermənistan” ideyası, yəni Qara dənizdən Xəzər dənizinədək uzanan böyük Ermənistan yaratmaq xülyası əsassız və təhlükəli bir etnik imperializm layihəsi idi. Bu ideya təkcə Azərbaycan üçün deyil, bölgədəki bütün qonşu xalqlar üçün təhdid idi. 1948–1956-cı illərdə SSRİ rəhbərliyinin qərarı ilə 150 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. 1987–1989-cu illərdə – Ermənistandan daha 300 min azərbaycanlı zorla çıxarıldı, Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildən başlayan Qarabağ münaqişəsi də bu ideyanın tərkib hissəsi idi. Məqsəd təkcə Qarabağı deyil, Azərbaycanın digər ərazilərini də zəbt etmək idi. Bu sərsəm ideya ilə təkcə tarixi saxtalaşdırmağa deyil, müharibə və insan faciələrini legitimləşdirməyə çalışırdılar".

    Deputat bildirib ki, Sovet İttifaqının dağılması ilə yaranan boşluqdan istifadə edən Ermənistan xarici siyasi və hərbi dəstəyə arxalanaraq Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etdi:

    "Bu işğal zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, mülki əhali qətlə yetirilmiş, dinc insanlar etnik təmizləməyə məruz qaldı. Xüsusilə Başlıbel, Ağdaban və Baqanis-Ayrım kimi kəndlərdə törədilən qətliamlar, erməni silahlı qüvvələrinin sistemli və amansız cinayətlərini göstərir. Xocalı soyqırımı isə bu vəhşiliklərin zirvəsidir – qadınlara, uşaqlara və qocalara qarşı məqsədli terror aktıdır".

    S.Mikayılova vurğulayıb ki, Azərbaycan-Ermənistan münaqişəsində beynəlxalq qurumlar, xüsusilə ATƏT-in Minsk Qrupu, 29 il ərzində hər hansı nəticə doğuran bir addım belə atmamış, işğalçı və işğala məruz qalan tərəflərə eyni məsafədən yanaşmışlar:

    "Bu “neytrallıq” əslində Ermənistanın maraqlarına xidmət etmiş, işğalın dondurulmasına səbəb olmuşdur. Beləliklə, “ikili standartlar” siyasəti, Azərbaycanın ərazi bütövlüyünə qarşı səssiz razılıq kimi qiymətləndirilə bilər. Azərbaycan 30 ilə yaxın müddətdə münaqişənin sülh yolu ilə, diplomatik yolla həlli üçün səbr və siyasi iradə nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884) Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz olaraq geri çəkilməsini tələb etsə də, bunlar heç vaxt icra olunmadı. Beynəlxalq ictimaiyyətin bu məsələdə təsirsiz və zəif reaksiyası, işğalın uzunmüddətli olmasına şərait yaratdı. Sülh danışıqları aparıldığı illər ərzində Ermənistan təxribatlardan çəkinməmiş, təmas xəttində dinc azərbaycanlıları hədəfə almış və silahlı hücumlar və diversiya qrupları vasitəsilə vəziyyəti daim gərgin saxlamışdır. Bu təxribatlar, Ermənistanın sülh istəmədiyini və münaqişəni dondurmaqla torpaqları əbədi işğal altında saxlamaq niyyətində olduğunu ortaya qoymuşdu".

    S.Mikayılova qeyd edib ki, lakin Azərbaycan xalqı işğalla heç vaxt razılaşmadı, bunu 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Tovuz hadisələrində və nəhayət, 44 günlük Vətən müharibəsində sübut etdi.

    "Azərbaycan uzun illər ərzində sülh və danışıqlar yolunu üstün tutaraq beynəlxalq hüquqa sadiqlik nümayiş etdirmişdi. Lakin bu müddət ərzində Ermənistan tərəfindən işğalın davam etməsi, mütəmadi hərbi təxribatlar və xüsusilə 2020-ci il 27 sentyabr tarixində atəşkəsin kobud şəkildə pozulması, artıq Azərbaycan xalqının “səbir kasasını” daşdırırdı.

    Həmin gün Ermənistan silahlı qüvvələri yalnız hərbi mövqelərimizi deyil, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl kimi yaşayış məntəqələrimizi də artilleriya atəşinə tutaraq dinc əhaliyə qarşı növbəti təcavüz aktı həyata keçirdi. Bu hücumlar nəticəsində hərbçilərlə yanaşı mülki şəxslər də həlak oldu. Cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına başladı", - deputat əlavə edib.

    S.Mikayılova əlavə edib ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini işğaldan azad etdi:

    "Noyabrın 9-da Şuşa şəhərinin azad olunması ilə müharibənin taleyi həll olundu və Ermənistan kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu. Bu sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz və sülh yolu ilə Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan həm hərbi, həm də siyasi masada qələbəsini möhkəmləndirmiş oldu. Bu müharibə yalnız silah və texnika ilə deyil, xalqın ordusuna və dövlətinə olan sarsılmaz dəstəyi ilə qazanıldı. Müharibə dövründə "Öldü var, döndü yoxdur" şüarı xalqın qələbə əzmini, şəhidlərimizin və qazilərimizin ruhunu ifadə edən milli birlik simvoluna çevrildi".

    Deputat bildirib ki, Azərbaycan xalqı bu 44 gündə bir yumruq kimi birləşdi, cəbhədə döyüşən əsgərin arxasında xalq dayandı.

    "Bu həm də milli iradənin, milli ləyaqətin və milli ruhun təntənəsi idi. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə təkcə silahlı mübarizə deyil, xalqın, ordunun və dövlətin birgə vəhdətinin təntənəsi oldu. Bu zəfərin əsas memarları – qəhrəman əsgər və zabitlərimiz, şəhidlərimiz və qazilərimiz – xalqımızın qürur mənbəyidir. Müharibə dövründə yalnız ön cəbhədə deyil, arxa cəbhədə də mülki əhali böyük fədakarlıq göstərdi, bir yumruq kimi birləşərək dövlətin və ordunun yanında oldu. Şəhidlərimizin qisası döyüş meydanında alındı və bu, müasir tariximizin ən parlaq səhifəsinə çevrildi. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il 27 sentyabr – Anım Günü kimi qeyd olunur. Bu, şəhidlərimizin müqəddəs xatirəsinə olan dərin ehtiramın ifadəsidir və xalqımızın yaddaşında əbədi yer alacaq. Dövlət, müharibədən sonra da öz qəhrəman övladlarını unutmur. Şəhid ailələri və qazilərə göstərilən qayğı, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qələbənin əbədiləşdirilməsi üçün bir çox orden və medallar təsis olunmuşdur. Bakıda salınan Zəfər Parkı və Memorial Kompleks, həm şəhidlərimizin xatirəsini yaşatmaq, həm də Qələbəmizi vizual və mənəvi olaraq nümayiş etdirmək baxımından mühüm layihədir."

    S.Mikayılova vurğulayıb ki, Azərbaycan xalqı Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, birlik və əzm sayəsində tarix yazdı:

    "Qazanılan Zəfər, yalnız bir döyüşün yox, əsrlərlə davam edən ədalət mübarizəsinin zəfəridir və bu zəfər hər bir azərbaycanlının qəlbində yaşayır, gələcəyə inam bəxş edir".

    #Sevil Mikayılova #44 günlük Vətən müharibəsi #İkinci Qarabağ müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56

    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

    23 Aprel 2026 17:03

    Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib

    16 Aprel 2026 18:27

    Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub

    15 Aprel 2026 11:21
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.